Yarpaq dolmasının hazırlanma qaydası - RESEPT

02 Kasım 2021
3 328
0
Yarpaq dolmasının hazırlanma qaydası - RESEPT
7-dən 70-ə hamının sevimlisi olan yarpaq dolmasını hazırlamaq o qədər çətin deyil.

Feat.Az
məlumat verir ki, təqdim edəcəyimiz reseptlə daha dadlı və ləziz dolma bişirəcəksiniz.

Tərkibi:
1 kq duzlu üzüm yarpağı
2 stəkan düyü
2 ədəd baş soğan
1 çay qaşığı nanə, cəfəri
1 stəkan zeytun yağı
Duz və istiot

Hazırlanmasına gəldikdə isə, doğranmış soğan zeytun yağında qovrulur. Ədvalar və yuyulmuş düyü əlavə edilir. Xırda-xırda doğranmış nanə və cəfəri əlavə edilərək duzlanır. Yarpaq yaxşı yuyulduqdan sonra duzludursa, içinə daha az duz əlavə edilir. Yarpaqların içinə hazırlanmış düyülü içlik əlavə edilərək bükülür. Üzərinə zeytun yağı əlavə edilir. Üzərini örtəcək şəkildə su əlavə edilir və orta alovda qaynadılır. Suyu quruyanadək tez-tez nəzarət edilərək qaynadılır. Hazır olduqdan sonra süfrəyə verilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.