Kartof qızartmasına sirkə töksəniz…

02 Ekim 2021
2 458
0
Kartof qızartmasına sirkə töksəniz…
Kartof qızartması çox asan hazırlanan yemək növüdür. Amma nədənsə hər kəsdə dadlı alınmır, istədiyimiz kimi qızarmır və xırt-xırt olmur. Bəs katrofun dadlı olmasını üçün nə etmək laızmdır?

Feat.Az
-ın mətbəx bölməsi kartof qızartmasını daha dadlı edən bir neçə məsləhəti təqdim edir.

Kartof seçimi

Kartof qızartmasına sirkə töksəniz…

İlk növbədə seçdiyiniz kartofların keyfiyyətli olmasına diqqt edin. Yaşıl olmayan, yumşalmamış və qızıl rəngində olan kartofları seçməyə çalışın.

Soyuq və sirkəli su



Kartofları suda saxlayanda içərisindəki nişasta yavaş-yavaş tökülür və tərəvəz yumşalır. Bu, kartofların yaxşı qızarmasına mane olan başlıca amildir. Odur ki, kartofları buz kimi suyun içinə atın və bir-iki damcı sirkə əlavə edin.

Soda əlavəsi


Sodanın kartof qızartmasını daha dadlı etdiyini bilirdiniz? Bunun üçün soda və duzu suya töküb qarışdırın. İçinə kartofları da atıb 30 dəqiqə gözləyin. 30 dəqiqədən sonra sonra süzüb qızartmağa başlayın.

Dondurma üsulu



Dondurulmuş kartofların qızardanda xırt-xırt etdiyini yəqin ki, hiss etmisiniz. Eyni üsulu evdə də tətbiq etmək olar. Bunun üçün kartofları dilimləyib, soyuducuya atıb donmasını gözləyin. Ən əhəmiyyətlisi də soyuq halda qızardın.
Yuduqdan sonra süzüb qurumasını gözləyin



Kartofları yuduqdan sonra suyununun təmiz süzülməsini gözləmək lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.