Dünyada ən məşhur şirniyyat: Holland peçenyesinin

Dünyada ən məşhur şirniyyat: Holland peçenyesinin
Holland peçenyesinin hazırlanma qaydası

Tərkibi :


175 q kərə yağı
1 yumurtanın ağı
1 st. şəkər pudrası
2 ç.q. qabartma tozu
1 paket vanil
un (aldığı qədər)

üzərinə:


0,5 st. şəkər tozu
1 yumurtanın ağı

Hazırlanması:

Otaq temperaturunda olan kərə yağını, şəkər pudrasını, vanili, yumurta ağını və qabartma tozunu bir qaba qoyun. Az-az un əlavə edərək yumşaq, elastik xəmir yoğurun.

Un səpilmiş masada xəmiri yayın. Qəliblərin köməyilə müxtəlif formalarda kəsin.

Formaya perqament döşəyin, peçenyeləri aralı-aralı düzün. Üzərinə yumurtanın ağını çəkib şəkər tozu səpin.

180 dərəcə qızdırılmış sobada üzəri yüngül qızaranadək bişirin. Sobadan çıxardıqdan sonra formanın içində soyudun. Sonra boşqaba düzüb süfrəyə verin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.