Avropanın ən populyar peçenyesi "Madlen"-nin ev şəraitində hazırlanması
Hazırlanma müddəti: 15 dəq.
Ərzaq:
●un — 120 qr,
● yumurta — 2 əd,
● şəkər — 80 qr,
● kərə yağı — 90 qr,
● limon şirəsi – 1x.q.
Hazırlanması:
1. Lazım olan ərzaqlar hazırlanır.
Yağ, yumurta, şəkər qarışdırılır.
2. Kərə yağı azacıq əridilir, üzərinə yumurta və şəkər əlavə olunur.
3. Hamısı mikserlə qarışdırılır.
4. Un əlavə olunur.
5. Bir xörək qaşığı limon şirəsi əlavə olunur. Hamısı yaxşıca qarışdırılır
6. Xəmir formalara doldurulur.
7. Sobada 190-200C temperaturda, 12-15 dəq ərzində bişirilir.
Klassik "Madlen” peçenyesi hazırdır.
Nuş olsun!