Yaya özəl tort: rokoko - HAZIRLANMA QAYDASI

05 Kasım 2021
2 370
0
Yaya özəl tort: rokoko - HAZIRLANMA QAYDASI
Yayda dondurmaya alternativ olan rokoko tortu dada bilərsiniz. Həm sizi sərinlədəcək, həm də şirniyyat yemək ehtiyacınızı aradan qaldıracaq. Feat.Az rokoko tortun hazırlanma qaydasını təqdim edir.

Altı üçün:


2 stəkan süd
2 paket krem ​​şanti
2 ədəd yumurta
1 paket südlü şokolad
Yarım su stəkanı qədər şəkər tozu
1.5 paket kakaolu peçenye
250 qr qoz ləpəsi

Üstü üçün:

1 paket hazır şokolad sousu
Yarım litrə qədər süd

Hazırlanması:


Əvvəlcə bir qabda iki stəkan südlə iki paket krem ​​şantini mikserlə yaxşıca çırpın. Başqa bir qabın içində də iki yumurta və yarım stəkan şəkər tozunu şəkər əriyənə qədər mikserlə çırpın. Sonra hər iki qarışımı bir-birinin üstünə tökün, mikserin aşağı sürətilə qarışdırın. Üzərinə əlimizlə qırıb, əzdiyimiz peçenyeləri tökün. İri doğranmış qoz ləpəsi və südlü şokoladı da əlavə edib qarışdırın. Bu qarışımı kiçik bir şüşə qaba töküb, üzərini streçlə bağlayıb. Bir gecə buzxanada saxlayın. Servis etmək istəyəndə şokolad sousunu hazırlayıb, rokokonun üzərinə tökün.

Nuş olsun!

lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.