Ərikli keks RESEPTİ

17 Temmuz 2017
2 537
0
Ərikli keks RESEPTİ
Feat.Az şirniyyat sevənlər üçün asan hazırlanan ərikli keks reseptini təqdim edir.

Lazım olan ərzaqlar:

2,5 stəkan un

1 stəkan şəkər tozu

1 stəkan duru yağ

2 ədəd yumurta

3 dolu yemək qaşığı qatıq

1 paket qabartma tozu

1 paket vanil

1 ədəd limonun rəndəsi

1 desert qaşığı limon suyu

500 qram qırmızı ərik

1 yemək qaşığı xaşxaş

Pudra şəkəri


Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu bəmbəyaz bir rəng alana qədər çırpın. Duru yağ, qatıq və limon suyu əlavə edin. Un, qabartma tozu, limon rəndəsi və vanili qarışdırın, birlikdə ələyin. Bu qarışımı yavaş-yavaş duru qarışımın içinə tökün. Qarışdırın. Qatı bir keks xəmiri olacaq. 25 sm-lik qabı yağlayın. Xəmiri içinə tökün, üzərinə dilimlənmiş ərikləri sırayla düzün. Xaşxaşı da üzərinə səpin. 175 dərəcədə sobada bişirin.

Sobadan çıxarandan sonra soyumasını gözləyin və üzərinə pudra şəkəri səpin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.