Toskana piroqu resepti

18 Mart 2022
1 867
0
Toskana piroqu resepti
Tərkibi:
xəmir:

200 q un
1 ç.q. qabartma tozu
75 q kərə yağı
75 q şəkər tozu
1 yumurta
0.5 limonun sedrası
1 q vanil

iç:

350 ml süd
25 q un
0.5 limonun sedrası
2 yumurta
100 q şəkər tozu
1 q vanil
30 q sidr qozu, yaxud badam yonqarı

Hazırlanması:

Yağı əvvəldən dondurun.

Unla qabartma tozunu ələyin.

Dondurulmuş yağı xırdalayıb unla ovun.

Limon sedrası və şəkər tozu əlavə edib qarışdırın.

İç:

Unu sedra ilə birlikdə qızdırın, amma qaynatmayın.

Başqa qabda 2 yumurta, şəkər tozu, vanil və unu qarışdırın.

Yumurta qarışığına südü əlavə edib qarışdırın, qazana töküb daim qarışdıraraq qatılaşanacan bişirin.

Ocaqdan götürüb soyudun. Bu zaman qazanın ağzına qida plyonkası çəkin ki, üzü qaymaq bağlamasın.

Xəmiri böyük və kiçik olmaqla iki yerə bölün. İrini dairəvi yayıb formaya döşəyin, kənarlarını qaldırın (3-4 sm).

İçi xəmirin üzərinə töküb bərabər yayın.

Balaca xəmiri yayıb piroqun üzərinə çəkin. Kənarlarını bitişdirin.

Üzərinə sidr qozu, yaxud badam yonqarı səpin. Xəmir qalıqları ilə də bəzəyə bilərsiniz.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin. Soyudandan sonra formadan çıxarın.

Süfrəyə dondurma ilə də verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.