Qlütensiz alma piroqu resepti - FOTO RESEPT

08 Kasım 2021
2 747
0
Qlütensiz alma piroqu resepti - FOTO RESEPT
Tərkibi:
2 ədəd iri alma
1 - 0,5 stəkan düyü unu
3/4 stəkan qəhvəyi şəkər tozu
7 x/q kərə yağı
3 ədəd yumurta
2 ç/q qabartma tozu
1 x/q vanil ekstraktı
1/4 ç/q duz
1 ədəd limon
4 x/q yoqurt

Hazırlanması:

Son zamanlar müxtəlif növ xəstəliklərlərin artması önündə insanlar xüsusi diet növlərindən istifadə etməyə başlayır. Qlüten - taxıllar bitki fəsiləsində rast gəlinən bir növ zülal qrupudur. Hazırda dünyada bəzi insanlar tərkibində bu zülal qrupu olmayan məhsullardan istifadə etməyə çalışır. Lakin sağlam insanlara qlütenin heç bir zərəri yoxdur. Yalnız "qlüten enteropatiyası" ("seliakaliya") xəstəliyində həkimlər qlüten pəhrizi məsləhət görürlər.

Hazırki dadlı alma piroqu reseptindən, təbii ki, hər kəs istifadə edə bilər.


1. Almanın birinin qabığı soyulur və nazik dilimlərlə doğranılır.

2. Dilimləri bir boşqaba yığıb, üzərinə limon şirəsi əlavə edilib yüngülcə qarışdırılır.

3. Bir neçə kubik kərə yağı və şəkər tozu blenderlə az sürətdə qarışdıraraq krem hazırlanır.

4. Bu arada yumurtanın ağı sarısından ayrılır (həmçinin yumurtanın ağını ayırma üsulları ilə tanış ola bilərsiniz).

5. Yumurtanın ağına duz əlavə edilir və mikserlə krem şəklində olana qədər qarışdırılır.

6. Qayıdırıq blenderə. Yuxarıda yağ və şəkər tozundan hazırlanan kremə yumurta sarısı, yoqurt və vanil ekstraktı əlavə edilir. Təqribən 1 dəqiqə ərzində qarışdırılır.

7. Çay qaşığı ilə, qarışdıraraq blenderdəki kütləyə düyü unu və qabartma tozu əlavə edilir.

8. Nəticədə quru və hamar xəmir əldə edəcəksiniz.

9. Xəmirə yumurtanın ağından alınmış krem əlavə edilir.

10. Mikserlə qarışdırmayın, yoxsa siz piroqun şişmiş effektini itirərsiniz. Qaşıqla yüngülcə qarışdırılır.

11. Alma dilimləri əlavə edilib biraz da qarışdırılır. Sonra kütlə xüsusi formalı qaba əlavə edilir.

12. Üzərinin bəzəyi: qalan alma qabıqlı şəkildə nazik dilimlərlə doğranılır və formadaki xəmirin üzərinə düzülür.

13. Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada piroq 45 dəqiqə bişirilir. Çıxarandan sonra 5 dəqiqə soyudulur və süfrəyə verilir.

Qlütensiz alma piroqu resepti - FOTO RESEPT





































Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.