Çiyələkli-bananlı keks resepti

19 Eylül 2017
2 469
0
Çiyələkli-bananlı keks resepti
Tərkibi:
150 qram un
200 qram kərə yağı
3 yumurta
0,5 su stəkanı şəkər
2 ədəd banan
12 ədəd çiyələk
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:

Bananları bir qabda çəngəl ilə əzin, çiyələyi xırda-xırda doğrayıb başqa bir qaba yığın.
Yağı şəkər ilə qarışdırın, yumurtanı, vanili əlavə edib mikserilə çalın və hissə-hissə əzilmiş bananı əlavə edərək çalın.
Unu qabartma tozu ilə qarışdırıb üzərinə əlavə edin.
Alınmış kütləni keks qablarına doldurun.
Üzərinə doğranmış çiyələkləri düzün.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.