Şokoladlı, kakaolu keks resepti » FeaT.Az Sekiller, Xeberler, Yazili

Şokoladlı, kakaolu keks resepti

12 October 2017
387
0
Şokoladlı, kakaolu keks resepti
Tərkibi:
3 yumurta,
1 stəkan qatıq,
1 stəkan günəbaxan yağı,
1 qabartma tozu,
1 vanil,
1,5 stəkan şəkər tozu,
3 stəkan un,
3 yemək qaşığı kakao.

Hazırlanması:

Geniş bir qabda yağ, şəkər, yumurta və qatığı çalın.Üzərinə un, qabartma tozu, vanili əlavə edin.Qarışdıraraq keksinizin xəmirini hazırlayın.Başqa bir qaba kakao töküb, üzərinə xəmirdən iki yemək qaşığı əlavə edin və qarışdırın.Kakaolu xəmirinizi hazırlayın. Yağlanmış yumru bir keks qabına ilk əvvəl sadə xəmirinizin yarısını töküb, üzərinə kakaolu xəmirdən əlavə edin.Qalan sadə xəmiri də qatın.Hazırladığınız bu xəmiri 150 dərəcədəki sobada 45 dəqiqə bişirin.

Nuş olsun!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz