Limonlu Çizkeyk Resepti

Limonlu Çizkeyk Resepti
Tərkibi:
Alt təbəqə üçün:

300 qr peçenya,
110 qr kərə yağı(ərinmiş),
3 x.q. şəkər tozu

İçlik üçün:

680 qr labne pendiri(otaq temperaturunda),
250 qr şəkər tozu,
3 x.q. un,
240 qr qaymaq,
5 x.q. limon suyu,
1 x.q. sürtgəcdən keçirilmiş limon qabığı,
4 ədəd yumurta(otaq temperaturunda)

Limonlu sous üçün:

2 ədəd limonun suyu,
2 ədəd yumurta+1 ədəd yumurtanın sarısı,
120 qr şəkər tozu,
30 qr kərə yağı,
1 x.q. qaymaq,
1 paket vanil

Hazırlanması:

24 sm ölçülü açılıb-bağlanan qabın içini yağlayıb, yağlı bişirmə kağızı yerləşdiririk.Qabın üst tərəfinə isə üzərini tam örtəcək şəkildə falqaya bükürük.

*Qeyd. Suda bişirəcəyimiz üçün qabı falqaya bükərək su dəyməsinin qarşısınını almaq vacibdir.

Peçenyaları blenderlə toz halına salırıq. Üzərinə ərinmiş kərə yağı və şəkər tozu əlavə edib, qarışdırırıq. Hazırladığımız qaba tökərək, hər tərəfinə qaşıqla standart yayırıq. Əvvəlcədən qızdırılmış sobada 160 dərəcədə bişiririk.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. Labne pendiri, un və şəkər tozunu 10 dəqiqə mikserlə çalırıq. Başqa bir qabda limon suyu,qaymaq və sürtgəcdən keçirilmiş limon qabığını 10 dəqiqə mikserlə çalırıq. Yumurtaları sira ilə əlavə edib, çalmağa davam edirik. Hər iki qarışımı bir-birinin üzərinə töküb, tam qarışana kimi birlikdə mikserlə yenidən çalırıq. Hazır olan içliyimizi peçenyaların üzərinə əlavə edirik. Qabı özündən böyük soba qabının içərisinə qoyaraq, falqanın yarısına kimi su tökürük. Sobada 70 dəqiqə bişiririk.

*Qeyd. Suyu tökməklə çatlama, qırılma riskini azaldırıq.

Bişdikdən sonra 15 dəqiqə üzərini açmadan saxlayırıq. Daha sonra üzərini açaraq 20 dəqoqə sobada gözlədirik. Otaq temperaturunda tam soyuduqdan sonra soyuducuda səhərə qədər saxlayırıq.

Limonlu sousu hazırlamaq üçün balaca bir qazana limon suyu töküb, az odda qaynamasını gözləyirik. Başqa bir qabda yumurta və şəkər tzounu mikserlə çalırıq. Limon suyu qaynadıqda, yumurtalı qarışıma əlavə edib, mikserlə 5 dəqiqə çalırıq. Sonra yenidən qazana töküb, az odda qatılaşana kimi qarışdıraraq bişiririk. Qatılaşdıqdan sonra qazdan götürüb,üzərinə kərə yağı əlavə edirik. Yağ əridikdən sonra qaymaq və vanili töküb, qarışdırırıq. Üzərini streçlə bağlayıb, yarım saat soyuducuda gözlədirik.

1 gün soyuducuda saxlanmış çizkeki qəlibindən çıxardıb, üzərinə sous tökürük. Zövqə görə limon dilimləri ilə bəzəyib,süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.