Vafli Resepti

08 Haziran 2022
2 980
0
Vafli Resepti
Tərkibi:
1 + 3/4 (260 qram) stəkan un
2 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı qabartma tozu
2 yumurta
1 + 3/4 stəkan süd
115 qram kərə yağı
1 çay qaşığı duru vanil (vanil ekstraktı)

Hazırlanması:

İri qabda un, şəkər tozu və qabartma tozunu qarışdırın.
Yağı əridib soyudun. Bir qabda yumurtaları yüngülvari çalın. Üstünə südü, soyumuş yağı və vanili əlavə edib qarışdırın.
İslaq kütləni quru (unlu) kütləyə əlavə edib qarışdırın.
Kütləni çalmayın.
Vafli formasını qızdırın. Azca yağlayın (mən sprey yağdan istifadə edirəm). Formanın ölçüsündən asılı olaraq, ortasına bir qədər xəmir tökün. Qapağını bağlayın. Kütlə formanın içində özü yayılacaq.
Vaflinin hər iki tərəfi qızılı rənd aldığında (çevirməyə gərək yoxdur, forma hər iki tərəfini bir dəfəlik bişirir; qapağı açmayın) formadan çıxardıb isti-isti süfrəyə verin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.