Badamlı, fındıqlı, limonlu keks resepti

12 Kasım 2017
1 618
0
Badamlı, fındıqlı, limonlu keks resepti
Tərkibi:
Kərə yağı - 130 q
Un - 140 q
Yumurta - 3 ədəd
Şəkər tozu - 160 q
Qabartma tozu - 1/2 ç.q.
Fındıq - 80 q
Badam - 80 q
Limonlu qarışım üçün:
Limon - 1 ədəd
Şəkər tozu - 4 x.q.
Vanil - 10 q
Su - 500 ml

Hazırlanması:

Limonlu qarışımı hazırlamaq üçün 500 ml suyu qazana boşaldıb üzərinə şəkər tozu, vanil və 1 ədəd limonu əlavə edərək 1 saat ərzində bişirin.
Bişirdiyiniz limonu 2 hissəyə bölün. Limonun içini bir qaba boşaldıb, üzərinə limonu bişirdiyiniz suyun 100 ml-ni əlavə edin. Alınan qarışımı blenderdən keçirin.
Sonra fındıq və badamı blenderdən keçirin.
Yumurtaların üzərinə şəkər tozu əlavə edib, mikser vasitəsi ilə qarışım ağarana kimi çalın. Kərə yağını yumşaq halda yumurtalı qarışıma əlavə edib mikser vasitəsi ilə 2-3 dəqiqə ərzində çalın. Un və qabartma tozunu qarışıma əlavə edib, yaxşıca qarışdırın. Son olaraq blenderdən keçirdiyiniz badam və fındıqları hazırladığınız xəmir və limonlu qarışım ilə birləşdirin. Alınan xəmiri, öncədən yağladığınız keks üçün formalara tökün. Əvvəlcədən qızdırılan sobada 180 dərəcədə, 30 dəqiqə ərzində kekslərinizi bişirin. Zövqə görə keksin üzərini şəkər pudrası ilə dadlandıra bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.