Bəhməzli alma piroqu - RESEPT

16 Kasım 2017
2 029
0
Bəhməzli alma piroqu - RESEPT
Bəzən çay içərkən nə isə fərqli və ləzzətli bir şirniyyat istəyirik. Bunun üçün Feat.Az sizə bəhməzli alma piroqunun reseptini verir.

Lazım olanlar:


1 stəkan bəhməz
1 stəkan süd
1 alma
1 yumurta
1 stəkan un
1 stəkan iri döyülmüş qoz
1 çay qaşığı darçın
1 paket qabartma tozu

Hazırlanması:
Yumurtanı dərin bir qabda yaxşıca çırpın. Almadan başqa bütün ərzaqları əlavə edib qarışdırın. Almanı kub şəklində doğradıqdan sonra xəmirə əlavə edib, axırıncı dəfə qarışdırın. Sonra onu əvvəlcədən yağlanmış bir keks qəlibinə tökün. 170 dərəcəlik sobada, təxminən 20-25 dəqiqə üzəri qızarana qədər bişirin. Piroqunuz hazırdır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.