Portağal ətirli şərbətli peçenye
Xəmiri üçün:
Bir paket qabartma tozu
2 su stəkanı un
Bir su bardağı üyüdülmüş un
Yarım su stəkanı qatıq
Yarım su stəkanı duru yağ
Bir ədəd yumurta
Bir ədəd portağal qabığı rəndəsi
Üzəri üçün:
Yumurta sarısı
Çiy badam
Şərbət üçün:
2 su stəkanı toz şəkər
2 su stəkanı su
Bir şirin qaşığı limon suyu
HAZIRLANMASI:
Şərbəti beş dəqiqə bişirək və soyuması üçün kənara alaq. Xəmir vəsaitlərini beş dəqiqə yoğuraq. Xəmirdən qoz böyüklüyündə parçalar alaraq əlinizdə yumrulayın. Boşqaba düzdüyünüz peçenyelərin üzərinə yumurta sarısı sürək. Üzərinə badam batıraraq sobaya verək. 180 dərəcədə üstləri qızaran qədər bişirək.
Nuş olsun!