Şokolad çaylı Keks

15 Kasım 2014
4 393
0
Şokolad çaylı Keks
Şokolad çaylı Keks


Tərkibi:

3 ədəd yumurta
1 su stəkanı toz şəkər
1 su stəkanı maye yağ
1 su stəkanı soyuq dəmli çay
1 paket qabartma tozu
1 çay qaşığı tarçın
4 yemək qaşığı kakao
2,5-3 su stəkanı un

Üzəri üçün:

2 paket südlü şokolad

Hazırlanması:

Yumurta və toz şəkəri dərin bir qabda yaxşıca çırpın. Yağ və çayı əlavə edərək, çırpmağa davam edin.
Qabartma tozu, darçın, kakao və unu əlavə edib qarışdırın. Keks qəliblərini yağlayıb keks xəmirini pay edin.
Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 25 dəqiqə bişirin. Südlü şokoladı benmari üsulu əridib keksin üzərində gəzdirin. Şokolad donduqdan sonra xidmət edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.