Xəyalların qadını olmaq istəyirsinizsə, əməl edin

06 Temmuz 2016
2 452
0
Xəyalların qadını olmaq istəyirsinizsə, əməl edin
- Qaçan həmişə qovalanır.

- Kişi ilk olaraq özünüzdə kompleks etdiyiniz nəyisə tapmağa çalışacaq.

- Özünüzə inansanız və güvənsəniz, kişini də buna inandıra bilərsiz.

- Qadın asanlıqla təslim olmayanda, hər yerdə, hər an yumşaq xarakterli bir davranış sərgiləməyəndə onun qəlbini qazanmaq kişi üçün daha maraqlı olacaq

- Qadın özünə olan sevgi və hörmət arasında seçim etmək istərsə, hörməti seçməlidir. Bu, gec, ya tez qarşınızdakı kişidə də sizə qarşı hörmət oyandıracaq.

- Kişiyə qarşı özünüzə güvəndiyinizi bəlli edən addımlarla irəliləyin.

- Qaydalarınız və həddlərinizin olması özünüzə güvəninizin olduğunu göstərəcək.

- Ancaq həyatınızı kişiyə görə şəkilləndirməyiniz bir anda var olan şəxsiyyətinizi silib apara bilər. Halbuki həyata qarşı dimdik duran bir qadın olduğunuza ilk əvvəl özünüz inanmalısız.

- Qadın birlikdə olduğu kişiyə rahat nəfəs alması üçün vaxt tanımalıdır. Beləliklə, qarşısındakı kişi qəfəsdəymiş kimi hiss etməz. Hər iki tərəfin də özünə aid şəxsi həyatı və zamanı olmalıdır.

- Kişi hər münasibətin dərinliyinə dalmayan bir qadın olmadığınızı anlayarsa, narahatlığınızı yox etmək üçün daha incə davranacaq.

- Onunla bərabər olmağa ehtiyacınız olduğunu deyil, xoşlandığınız və gözəl anları çoxaltmaq istədiyiniz üçün yanında olduğunuzu hiss etdirin.

- Hər kişi cazibədar hesab etdiyi qadına yaxınlıq duyacaq, sonra münasibət istəyib-istəmədiyinə qərar verəcək.

- Bir qadın başqa bir qadınla rəqabətə girərsə. öz dəyərini azaltmış olar.

- Buraxın nəzarətin onun əlində olduğunu hiss etsin. Krala bənzəmək istəməsini xoş qarşılayın.

- Kişinin xəyallarındakı qadın olsanız, görüşdə hesabı sizin ödəmənizə icazə verməyəcək.

- Kişiyə onun güclü olduğunu hiss etdirsəniz, bundan xoşu gələcək.

- Onun yanında özünüzü güvəndə hiss etdiyinizi bəlli edin.

- Kişilər az və öz danışan qadınları xoşlayırlar

- Siz xoşbəxt olanda o, özünü daha sərbəst və güclü hiss edəcək. Gülümsəyin və yaşanan hər anın dadını çıxarın.

- Həmişə şikayət etməniz onun üçün bir zəiflik hesab olunur

- Yanlış hesab etdiyiniz məsələlər haqqında məntiqli şəkildə mübahisə etməyi bacarsanız, sizə hörməti artacaq.

- Kişiyə bağlı olmayın, kişinin yanında olun.

- Həmişə “bəli”, “yaxşı, necə istəyirsən”, - deyən qadın özündən çox kişiyə inandığını ifadə etmiş olur ki, kişilər də bunu zəiflik hesab edir.

- Həqiqətən güclü qadınlar niyə hörmətə ehtiyac duyduqlarını açıqlamazlar. Sadəcə özlərinə hörmət etməyən kişilərlə işləri olmaz!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.