Xoşbəxt evliliyin formulu

20 Temmuz 2016
1 761
0
Xoşbəxt evliliyin formulu
Yaş və ictimai status evliliyin gələcəyini təyin edir. Xoşbəxt bir evlilik üçün cütlüklər arasında uyğunluq şərtdir. Ortaq cəhətlərin, xüsusiyyətlərin azalması, bölüşülməyən hisslər, sirrlər isə uyğunluğu yox edir. Bu isə qaçınılmaz sonu- boşanmanı da tezləşdirir. İndi evliliyiniz zamanı bu kimi problemlərlə qarşılaşmamağınız üçün sizə bir neçə məsləhət verəcəyik.

Xoşbəxt evlilik üçün

Memorial Şişli Xəstəxanasının həkimi prof. Sedat Özkan evliliklərin uğurla davam etməsi üçün cütlüklər yaş və sosial status cəhətdən bir-birinə yaxın və ya bərabər olmalıdır deyir: "Fərqli yerlərdə xoşbəxt olan, fərqli maraq sahələrinə sahib cütlərin ayrılığı qaçınılmazdır”. Mütəxəssis əsas boşanma səbəblərinin cütlüklər arasındakı sosial, iqtisadi, cinsi və psixoloji problemlərdən irəli gəldiyini bildirir. Qadın və kişinin təhsil səviyyəsi və sosioloji quruluşu çox uzaqdırsa, tərəflər arasında qarşıdurmanı artıracaq, uyğunluğu pozacaq növbəti bir səbəb də bu ola bilər, bununla bərabər, fərqli vərdişlər, kəskin fərqlənən zövqlər də vaxt keçdikcə əhəmiyyətli problemlər yarada bilər.

Cütlüklər, qərar alma mövzusunda azad buraxılmalıdır. Boşanmanın əsas səbəblərindən biri də əksəriyyətin problemi olan qayınana və qayınata ilə eyni evdə yaşamaqdır. Yeni evli cütlərin qurulmuş bir nizama ayaqlaşmasının gözləmək, böyük bir səhvdir. Hələki öz həyat tərzi formalaşmayan və müstəqil ola bilməyən cütlüklər, öz evliliklərini də mənimsəyə bilmirlər, kişinin evin oğlu rolundan, həyat yoldaşı roluna keçməsi də vəziyyəti çətinləşdirir. Cütlüklərin bir araya gələrək yaşayacaqları yerdən, uşaqlarının təhsilinə qədər qərarları özlərinin verməsi, evliliklərinin gələcəyi baxımından əhəmiyyətlidir.

Geniş ailə modeli ilə yaşamaq, tərəflərin düşüncələrini dilə gətirməsini, seçimlərini rahat edə bilməsini çətinləşdirir, ər-arvad arasında erozyalara səbəb olur. Sedat Özkan qadının iqtisadi müstəqilliyinin olmadığı ailədə, ya da uşaq üçün uzun müddət davam etdirilən bədbəxt evliliklərin çox olduğunu, yaşanan cinsi problemlərin də zamanla dilə gətirilməyən, lakin narahatlıq verən bir bir nüans halına gəldiyini vurğuladı.

Kişinin cinsəlliyi bədəniylə, qadının isə beyniylə yaşadığına diqqəti çəkən Özkan, bu fərqliliyin vaxt keçdikcə həll edilməmiş digər problemlərlə birlikdə cütlüklərin cinsi həyatına əks olunduğunu dedi. Qadınlar həyatın onlar üçün hazırladığı rollara daha tez uyğunlaşsalar da, bu kişilərdə daha uzun müddət tələb edir. Qadın hələ ana olmadan analıq roluna girə bilər, kişi ata olduqdan sonra da bu rola adaptasiya olmaqda çətinlik çəkə bilər. Sedat Özkan, cütlüklərin boşanma qərarından əvvəl psixoloqa gedib terapiya keçmələrini məsləhət görür. Cütlüklərin problemlərinin bir neçə seansla həll edilə biləcəyini, lakin kişiləri müalicəyə razı salmanın asan olmadığını bildirən mütəxəssis bu vəziyyətin problemlərin həllini çətinləşdirdiyini qeyd etdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.