Ana səhifa

Kişiləri seksdən soyudan səbəblər: QADINLAR OXUSUN

Münasibətlər / Cinsi Münasibət / Qadın Dünyası / Kişi Dünyası
08 Sentyabr 2016
1 600
0
Kişiləri seksdən soyudan səbəblər: QADINLAR OXUSUN
Qadın və kişinin yataqda istəkləri tamamilə fərqlidir. Kişinin nəyi istəyib-istəməyəcəyinə əmin olmasanız, istəmədiklərini edərək onu həvəsdən sala bilərsiniz. Ancaq “kişi yataqda nə istəməz?” sualına cavab tapa bilsəniz, xoşbəxt bir cinsi həyata sahib olarsınız.
Kişilərin hər zaman hər vəziyyətdə yalnız cinsi yaxınlıq barədə düşündüyü iddia edilir. Qadınlar hər zaman nazlanan tərəf olduğu üçün kişilərin nəyi istəyib-istəməyəcəklərinə elə də əhəmiyyət vermirlər. Ancaq qadınlar bilməlidir ki, kişiləri də cinsi yaxınlıqdan soyudan və qarşı tərəfdən uzaqlaşdıran səbəblər var. Əgər həyat yoldaşınızı xoşbəxt etmək istəyirsinizsə, onun zövqünü oxşamağı da bacarmalısınız.

Feat.Az lent.az-a istinadən kişiləri yataqdan qaçıran səbəbləri təqdim edir.

Ruhi problemlər


Qadınlar kişilərin yaşadığı problem və ruhi narahatlıqlarını yatağa girən kimi unutduqlarını düşünürlər. Ancaq kişilər münasibətlə bağlı yaşanan duyğusal problemlərdən təsirlənir. Bu problemlər də kişilərin yatağa diqqətini yönəltməsini və bundan zövq almasını çətinləşdirir. Qarşı tərəfə olan istək və ehtirasını azaldır. Münasibətdə yaşadığı problemləri qarşı tərəfə büruzə verməyən kişilər yaxınlıq zamanı hansısa hərəkətiylə bunu büruzə verir və sanki məhz bu yolla qarşı tərəfi incidib, cəza verir.

Utancaq qadınlar


Qadınlar yataqda təcrübəli olmasının kişi tərəfindən yanlış anlaşacağını düşündükləri üçün gizlədirlər. Halbuki kişilər yataqda sadəcə uzanan və heç bir şey etməyən, hər şeyi kişidən gözləyən qadınlarla cinsi yaxınlıq etməyi xoşlamırlar. Nə qədər təcrübəsiz olsanız da, cinsəlliyin hisslərlə, emosiyalarla yaşandığını unutmayın və qarşı tərəfi xoşbəxt etmək üçün bir şey etməyə çalışın. Qadınların əksəriyyəti yataqda passiv hərəkət edirlər. Ancaq kişilər qarşı tərəfi heyran edə bildiklərini, razı sala bildiklərini bilmək istəyirlər. Cinsi yaxınlıq zamanı hərəkətsiz qalan qadın kişinin doyum hissini azaldır və bu hiss azaldıqca kişi cinsi yaxınlıqdan soyuyur.

Uğursuzluq qorxusu

Uşaqlıqdan anasının elə hey dediyi “sən kişisən" cümləsi kişilərə çox böyük şəkildə təsir edir. Uşaqlıqdan bu cümləni eşidən kişilər böyüyəndə kişiliyin sübutu kimi cinsi yaxınlığı yeganə yol hesab edirlər. “Sən kişisən” cümləsiylə böyüyənlər böyüdükdə cinsi yaxınlıq zamanı yaşanan hansısa uğursuzluğu qəbul etmək istəmirlər. Uğursuz seksdən sonra kişi yenidən cinsi yaxınlığa girmək istəməsiylə bağlı narahatlıq keçirir. Bəzən təsadüfi yaşanan uğursuzluq bu narahatlığa yol aça bilər. Bir sonrakı cinsi yaxınlıq zamanı eyni problemi bir də yaşayacağını düşünən kişi cinsi yaxınlıqdan qaça bilər. Hətta eyni insanla yenə eyni halın yaşanmasından qorxan kişi qarşı tərəfdən soyuya bilər.

Təmizlik

Qadınlar kimi, kişilər də təmizliyə önəm verirlər. Cinsi yaxınlıq zamanı duyulan pis qoxu kişini soyuda bilər. Təmizliyə önəm verən kişilər baxımsız qadınlarla yaxınlıq etmək istəmirlər. Bir qadının baxımsız, natəmiz olduğunu düşünən kişi həmin qadınla cinsi yaxınlıqdan qaça bilər. Bununla yanaşı qadının fiziki görünüşündə yaşanan dəyişikliklər də kişinin eyni istəklə yanaşmasına mane ola bilər. Buna görə yatağa girmədən öncə duş qəbul etmək, ətirli, baxımlı olmaq vacibdir.

İlk təcrübə

Qadınların ən çox şikayət etdiyi ilk cinsi yaxınlıqdan sonra kişilərin diqqətinin azalmasıdır. Kişilər üçün ilk dəfə birlikdə olmaq çox önəmlidir. Əgər ilk cinsi yaxınlıqdan xoşu gəlməsə, kişi ikinci dəfə bundan qaça bilər. İlk cinsi yaxınlıq zamanı qarşı tərəfin nə xoşladığını, nədən həzz aldığını bilməyən kişi qarşı tərəfi razı sala biləcəyilə bağlı narahatlıq keçirir.

Ata olmaq


Kişilər də qadınlar kimi, uşaq sahibi olduqdan sonra cinsi yaxınlıqla bağlı bəzi dəyişikliklər yaşaya bilər. Qadınların doğuşdan çıxması kişilərin narahatlığına səbəb ola bilər. Cinsi yaxınlıq etdikləri qadının ana olma düşüncəsi onlarda istəklərin azalmasına səbəb ola bilər.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz