Sevgi Münasibətiniz Ciddidirmi? – TEST

Sevgi Münasibətiniz Ciddidirmi? – TEST
Bəzən insanlar çox vaxt doğru insanla birlikdə olub-olmadığını bilmirlər və ya müəyyən şübhələri olur. Buna görə də yaxşı götür-qoy etmək lazımdır. Necə deyerlər: `Yüz ölç, bir biç`.

Feat.Az – ın təqdim etdiyi testlə seçdiyiniz insanla münasibətinizin nə dərəcədə ciddi olduğunu qismən də olsa aydınlaşdıra bilərsiniz.

Aranızda mübahisə olan zaman nə edirsiniz?

a) Bir-birinizin fikirlərinə hörmət edir və hər şeyi yoluna qoyursunuz.
b) Aramızda heç bir problem yoxdur.
c) Saatlarla danışsaq da, heç nəyi həll edə bilmirik.
d) Sakit danışa bilmirik.

Sevgilinizi gün ərzində görməmisinizsə?

a) Sevgilim üçün çox darıxıram
b) Rahat ola bilmirəm, qəmgin oluram
c) Normal qarşılayaram
d) Olduqca rahat olaram

Sevgilinizlə ictimai yerlərdə söhbət edərkən?

a) Məni həmişə dinləyir
b) Çox fikir vermir
c) Dediklərimi təkrar yenə soruşur
d) Mənimlə maraqlanmır və ətrafa baxır

Sevgilinizə niyə vurulduğunuzu soruşanda nə cavab verirsiniz?

a) Ortaq maraqlarmızın çox olduğunu deyirəm
b) Ailə münasibətlərimiz çox yaxşıdır
c) Çox düşünür və cavab verə bilmirəm
d) Bilmirəm

Hər həftə sonu birlikdə nə edirsiniz?

a) Bilrikdə gözəl vaxt keçirərik
b) Filmə və ya qonaqlığa gedərik
c) Dostlarımızla yaxşı əylənərik
d) Heç bir şey edə bilməz və sıxılarıq


Nəticələr:

A və B variantı çoxluq təşkil edirsə:

Siz davamlı olaraq onu fikirləşirsiniz. Lakin sıxılmayın o da sizi fikirləşir. Xırda və əhəmiyyətsiz problemləri həll edə bilirsiniz. İkinizin də dinləmə qabiliyyəti çox yüksəkdir. Sevincinizi və kədərinizi bir-birinizlə paylaşmağı bacarırsınız. Onu dəli kimi sevirsiniz çünki ortaq xüsusiyyətləriniz çoxdur. Bu sizi daha da bağlayır və sevginizi möhkəmləndirir. Çalışın bu münasibətləri qoruyub saxlayın.

C və D variantı çoxluq təşkil edirsə:


Sizin sevgi münasibətləriniz yaxşı deyil. Xırda problemləri belə həll edə bilmirsiniz. Bu xüsusiyyətləriniz sizin münasibətləri daha da kəskinləşdirir. Ciddi münasibətlərə ümid etmək məsləhət görülmür. Onun sizə olan simpatıyası ötəri bir hissidir.
azvision.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.