Kök kişilərin diqqətinə! Artıq çəki seks istəyini azaldır

Kök kişilərin diqqətinə! Artıq çəki seks istəyini azaldır
Piylənmə sadəcə qadınlara deyil, kişilərə də mənfi təsir edir. Belə ki, yağ toxumasında testesteronun estrogenə çevrilməsi artır, testesteron azalır və sperma keyfiyyəti aşağı düşür, hormon nizamsızlığı daha çox görülür.

Feat.Az
-ın Türkiyə mediasına istinadən məlumatına görə, araşdırmalar zamanı kök kişilərdə sperma sayının yüzdə 21 daha az olduğu təsbit edilib. Kök kişilərdə xaya bölgəsində yağ nisbətinin çox olması həmin bölgədəki bədən istiliyini yüksək tutur və bu istilik səbəbindən testis damarlarının genişlənməsi nəticəsində sperma ifrazı və keyfiyyəti azalır.

Bu kişilərin xanımı hamilə qalsa da, körpənin düşmə və xəstə doğulması ehtimalı olur.

Bundan başqa köklük kişilərdə cinsi iqtidarsızlığa yol açır.


Araşdırmalara görə, kişinin hər qazandığı 10 kilo sonsuzluq ehtimalını yüzdə 10 artırır, seks istəyini azaldır.

Yaş, həyat tərzi, artıq kilo, stress, siqaret, spirtli içki istifadəsi sperma keyfiyyətinə təsir edərək döllənmə qabiliyyətinə mənfi təsir edir.
Ancaq həyat tərzində bəzi dəyişikliklər etmək, idman, artıq çəkini verib ideal çəki qazanmaq sperma funksiyalarını düzəldir, hamiləlik şansını artırır.

Yağ istifadəsinin azaldılması, Omega-3 mənşəli bitki yağlarının istifadəsi sperma problemlərinin qarşısını alır.

Hormonlarınızı yoxlatdırın


Siqaret, spirtli içki, ətraf mühit kirliliyi sonsuzluğa yol açır. Orqanizmdə sink çatışmazlığı da sperma ifrazını və keyfiyyətini aşağı salır, testesteron ifrazının qarşısını alır. Sink və fol turşusu inyeksiyası ilə sperma keyfiyyətini artırmaq mümkündür.
C və E vitaminləri də oksigen radikallarının sperma hərəkətliliyi üzərindəki mənfi təsirlərini azaldır.

Sonsuzluq problemləriniz varsa, hormonlarınızı yoxlatdırın. Çünki kişini kişi, qadını qadın edən hormonlardır.
lent.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.