Münasibətlərinizin ciddi olduğuna işarə verən 15 əlamət

Münasibətlərinizin ciddi olduğuna işarə verən 15 əlamət
Münasibətləriniz çox yaxşıdır. Tez-tez görüşürsünüz, birlikdə maraqlı vaxt keçirirsiniz. Onun haqqında dostlarınıza, ailə üzvlərinizə bəhs etmək istəyirsiniz. Sevgilinizlə birlikdə olduğunuz anların bitməsini istəmirsiniz. Hətta onunla bir ömür yaşamağa hazırsınız. Lakin hərdən beyninizdən belə bir sual keçir: "Görəsən, o, məni həqiqətən sevirmi?” Bu şübhə sizi rahat buraxmır. Sevginizin "qalıcı” olduğunu öyrənmək çətin deyil. Bunun üçün sadəcə bir neçə məqama diqqət etmək kifayətdir. Münasibətlərinizin ciddi olduğuna işarə verən 15 əlaməti təqdim edirik.

1. Dostlarınızla tanış olmaq, onlarla dost olmaq istəyir. Sizi yaxın dostları ilə tanış etməyə tələsir, ortaq planlar qurub həmişə birlikdə vaxt keçirmənizi təmin etməyə çalışır.

2. Keçmişdə bəhs etdiklərinizi xatırlayır, söhbətlərinizi yada salır. Nə zamansa söylədiyiniz kiçik bir detalı unutmur və yeri gəldikdə, bu barədə sizə deyir. Sizi həqiqətən dinləyir və söylədiklərinizə əhəmiyyət verir.

3. Sizi düşünməsinə səbəb olan yazıları sizinlə paylaşır. Bir jurnalın səyahət hissəsində gördüyü Yunanıstana səfər hissəsində ağlına sizi gətirir və bunu sizə deyir.

4. Ailənizə ondan bəhs etmək üçün tələsir. Ailəsinə bu cür mövzulardan dərhal bəhs etməyən, əvvəlcə münasibətin necə getdiyini görmək istəyən bir insan olmağınıza baxmayaraq, bu dəfə münasibətlərinizin yalnız ikinizin bilməsini istəmir və hətta xoşbəxtliyinizi bütün dünyaya bildirmək istəyir.

5. Kitabxanası az da olsa, sizinlə üst-üstə düşür. Hətta bəzi stolüstü kitablarınızın oxunmaqdan köhnəldiyini fərq etmisiniz.

6. İşinizlə həqiqətən maraqlanır. Tamamilə fərqli bir sektorda çalışmağınıza baxmayaraq, sizin tam olaraq nə işlə məşğul olmağınız, gündəlik iş fəaliyyətiniz və karyera planlarınızla maraqlanır.

7. Sizi narahat edən mövzulardan ona bəhs edərkən rahat olursunuz. İş yerində bir problem və ya dostlarınızdan birilə mübahisə etmisinizsə, ona güvənə biləcəyinizi və bütün mövzularda danışa biləcəyinizi hiss edirsiniz.

8. Sizə laqeyd yanaşmır. Bütün həftə çox gərgin olacağınızı, həftə sonundan əvvəl görüşə bilməyəcəyinizi də bilir. Lakin sizi axtarır, tez-tez zəng edir, mesaj yazır və hər şeyin yolunda olub-olmadığına nəzarət edir.

9. Sizi mütəmadi olaraq axtarır, maraqlanır. Səsinizi eşitməyi sevir və yalnız mesaj və ya mail yolu ilə xəbərləşmək onu qane etmir.

10. Sizi görmək üçün səbirsizlənir. Həftənin əvvəlindəykən həftə sonunu iplə çəkdiyini deyir və bunu ürəkdən edir. Üstəlik, xasiyyəti olmadığı halda, sizi güldürə bilmək üçün mesajına əlavə məzəli sözlər qatır.

11. Dostlarınıza onun çox yaxşı biri olması haqqında bəhs edirsiniz. Onun fərqli və qiymətli olduğunun fərqindəsiniz və bunu paylaşmaqdan zövq alırsınız.

12. Yalnız onunla tək qalaraq çətin bir günün öhdəsindən gəlirsiniz. Arzuedilməz bir gündə yalnız onunla güclü ola biləcəyinizi bilirsiniz və onun yanınızda olmasını arzulayırsınız.

13. Hər həftə ən azı iki dəfə sizi görəcəyi dəqiqdir. Sizinlə birlikdə uzun zaman keçirməyə çalışır, bunun üçün fürsət yaradır.

14. İllərdir yaşadığınız şəhərdə yeni məkanlar axtarıb tapır. Şəhərinizi sizinlə birlikdə kəşf edir, daha əvvəl xəbəriniz olmayan yerlər görürsünüz və bu, onun səyləri sayəsindədir.

15. Ad gününüz üçün planları var. Sizin xüsusi olduğunuzu düşünür və doğum gününüzü qeyd etməklə bunu dəyərləndirir. Üstəlik, qeyd edilən günün əvvəlkilərdən fərqli olması üçün səy göstərir.

lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.