Toya üç gün qalmış nişanı qaytarmaq

02 Aralık 2016
1 475
0
Toya üç gün qalmış nişanı qaytarmaq
Sual: 24 yaşım var. Ali təhsilliyəm. Nişanlım da özəl şirkətdə işləyir. Bir ildir ki, nişanlıyıq. Yaxın günlərdə evlənəcəyik. Ancaq toy ərəfəsində “onu edək, bunu edək” deyə mübahisə edirik. Əslində münasibətlərimizdə elə bir soyuqluq yoxdur. Ancaq evləndikdən sonra bu mübahisələrin böyüməyindən qorxuram. Nişanımı qaytarmaq istəsəm, ailəm razı olmayacaq. Çünki onları bu işə mən razı saldım. Nə edim?
Cavab: Dünyada mükəmməl insan yoxdur Hər kəsin özünə görə çatışmayan tərəfi vardır. Başqasında qüsur axtarırıq, ancaq özümüz qüsursuz, mükəmməl deyilik? İnsanı sevdiyi şəxsə bağlayan amil onda önə çıxan müsbət cəhətləridir. Yaxşı xüsusiyyətləri görərək həyat yolumuza davam etməliyik. Unutmayaq ki, gülü sevən tikanına qatlanır. Aşağıdakı maddələri oxuyaraq özünüzü test edin, yanlışlarınızı və problemlərə baxış tərzinizi bir daha nəzərdən keçirin.
1 – Ən adi bir oyununun da öz qaydaları var. Əgər mübaihsə edərkən “həddi aşmırsınızsa”, aranızda hörmət gözləyirsinizsə, deməli qorxulu bir şey yoxdur.
2 – Qarşı tərəfə üstün gəlməyə çalışmayın. Çünki hər iki tərəf haqlı və ya haqsız ola bilər.
3 – Fikirlərinizi dəqiq ifadə edin. Sizi maraqlandıran məsələlərin üzərində durun.
4 – İki tərəfi də qane edən nəticələr əldə etməyə çalışın.
5 – Özünüzü tanımağa çalışın. Əsəbi vaxtlarınızda necə reaksiya verdiyinizi öyrənin.
6 – Uzun-uzadı mübahisələrdən qaçmağa çalışın.
7 – Qarşı tərəfi sakitləşdirin və tez-tez onu dinlədiyinizi hiss etdirməyə çalışın.
8 – Səmimi olun. Günahı yox, günahsızlığı görməyə çalışın.
9 – Onun sizə etibar edərək verdiyi sirləri ona qarşı silah kimi istifadə etməyin.
10 – Əvvəlcədən hökm verməyə çalışmayın. Ədalətli olun.
11 – Unutmayın! Mübahisə etmək düşmən olmaq demək deyil.
12 – Əgər aranızda küskünlük yaranıbsa, vaxt itirmədən həmən barışın.
13 – Sizə yad olan hərəkətlərdən uzaq olun. (Üzük atmaq, qapı çırpmaq və s. kimi). Sonra peşman ola bilərsiniz.
14 – Mübahisə edərkən hər şeyin qurtardığını düşünməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.