Ana səhifə
loading...
loading...

Aldadılan kişi ilə qadının fərqləri nədir?

Münasibətlər / Cinsi Münasibət
24 Dekabr 2016
268
0
Aldadılan kişi ilə qadının fərqləri nədir?
Mütəxəssislər, aldadılmanın adamın eqosuna bir hücum, dəyərsizlik, əhəmiyyətsizlik hisslərini ifadə edən bir hərəkət olduğunu qeyd etdilər.

Feat.Az bildirir ki, Mütəxəssis Psixoloq Naciyə Tokaç qeyd edir ki,aldadılan adamın ilk olaraq verdiyi reaksiya zədə ardından verilən reaksiyalara bənzərdir.

“Aldadılan kəslər ilk olaraq mənfi reaksiya verər, ancaq qadın və kişinin verdiyi reaksiyalar bir birindən fərqlidir. Qadınlar ilk olaraq öz hirslərini biruzə versələr də, daxilən hiss etdikləri duyğu isə bunu niyə, nə səbəbə etdiyi və bunu etməsi üçün özünün nə əskiyinin olduğu sualıdır. Qadın aldadılma sonrasına ilk olaraq özünü günahlandırar.Özünə “mənim nə əskiyim vardı?” tipli suallar verməyə başlayar”.

"Aldadılan kişilər qadınlardan daha fərqli hiss edir"

Aldadılmış kişilərin qadınlardan fərqli olduğunu vurğulayan Mütəxəssis "Kişi aldadıldığında bunu bağışlanmayacaq bir cinayət hesab edər. Yəni bir kişinin həmin an hiss etdiyi duyğu budur. Aldadılma sonrası qadının özünü sorğulamasının əksinə kişi özündə heç bir günah görməyərək, partnerini günahlandıracaq. Aldatma hər nə səbəblə olursa olsun kişi daima məsuliyyəti boynundan ataraq qadını günahlandırır.Və nəticə etibarilə kişinin boşanma meylinin daha çox olduğunu söyləyə bilərəm. Hər nə səbəblə olursa olsun, qadın və ya kişi üçün aldadılma qürur zədələyici bir hücumdur. Belə bir vəziyyətdə ancaq hadisə olduğu kimi qəbul edilərək, duyğular paylaşıldığında münasibətdə hər hansısa bir irəliləyiş ola bilər" deyə vurğuladı.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Загрузка...
Şərh Yaz