Qadınlar nədən xoşlanar? - KİŞİLƏR OXUSUN

Qadınlar nədən xoşlanar? - KİŞİLƏR OXUSUN
Qadınların sevmədiyi bir çox şey var, amma əsl olaraq sevdiklərini tapmaqda çətinlik çəkərlər. Bunun bir çox səbəbi var. Əvvəlcə qadınları eyniləşdirən, zövqlərini, maraq dairələrini tipləşdirən siyahı ilə bir şey əldə edə bilməyəcəyinizi qəbul edin.

Qadınlar nədən xoşlanar? - KİŞİLƏR OXUSUN


Əslində etməniz lazım olan şeylər çox sadədir. Yalnız qarşınızdakı qadını anlamağa çalışmağınız, onu həqiqətən dinləməniz və bəhs etdikləri üzərinə məlumat və fikir sahibi olmaq üçün rəy verməniz. Beləcə bütün qadınlar üzərindən deyil, sizin arzu etdiyiniz qadını anlamış, ona mesaj vermiş olarsınız.

Qadınlarla ünsiyyət qurarkən diqqət yetirməniz lazım olan təməl şeylər isə, qadın-kişi fərq etməz; hər bir insana dair şeylərdir.



Dinləyin - Dinləmək ünsiyyətin təməlidir. Onu dinləsəniz, əslində tanımış da olarsınız.

Nəzakətli olun - Yalnız qadınlara deyil, hər kəsə qarşı vacibdir. Bir qadın yalnız özünə qarşı deyil, başqa insanlara qarşı olan davranışa da əhəmiyyət verər.

Təqdir edin - Bəyənmənizi dilə gətirin. Söylədiyi şeyi, seçdiyi məkanı, etdiyi yeməyi, saçını atma şəklini… Onu gördüyünüz hər gün ona dair mütləq bəyəndiyiniz bir şeyi söyləyin, amma bu həqiqətən bəyəndiyiniz bir şey olsun.

Dürüst davranın - Saxlamayın, yalan danışmayın, tuta bilməyəcəyiniz sözlər verməyin. Bir şey olmursa olmur dəyin, amma səbəblərini də açıqlayın. Kəsdirib atmayın. Əlinizdən gələni etdiyinizi bilməsini təmin edin və təbii ki həqiqətən əlinizdən gələni edin.

Paylaşmaq üçün xüsusi günləri gözləməyin - Xoşlandığınız qadına və ya qız yoldaşınıza hədiyyə vermək üçün xüsusi bir günü gözləməyin. Hətta bəzən fəaliyyətlərinizi hədiyyəyə, bəzən də hədiyyələrinizi birlikdə əylənəcəyiniz fəaliyyətə çevirin.

Xəyal qurun - Birlikdə xəyal qurun və o xəyallara onu da daxil edin. Reallaşdırmanın yollarını birlikdə axtarın.



Özünüz olun - Yekunlaşdırmaq lazım olsa, bir qadın ilə bərabərkən onunla birlikdə zaman keçirməkdən, yanınızda olmasından xoşbəxt olduğunuzu ona hiss etdirin və bütün bunları həyata dair doğrularınızdan imtina etmədən, özünüzdən həddindən artıq güzəştlər vermədən reallaşdırın. Unutmayın, güclü bir xarakter qadının kişidə axtardığı ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Bu səbəblə sırf özünüzü ona bəyəndirmək üçün heç olmadığınız biri kimi davranmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.