Boyundakı öpüş izindən qurtulmağın SADƏ YOLLARI
Soyuq qaşıq
Öpüş izindən tez bir zamanda xilas olmaq istəyirsinizsə, həmin yerə soyuducuda 15 dəqiqə saxladığınız soyuq qaşığı qoyun. Qaşıq isinənədək izin üstünə basıb saxlayın. Bəziləri bu üsulun çox ağrılı olduğunu söyləyir. Odur ki, diqqətli olmalısınız.
Banan
Bananda olan kaempferol və kuerset maddələri hüceyrələri qoruyur, iltihabı azaldır və qan dövranını artırır. Öpüş izindən xilas olmaq üçün banan qabığının iç hissəsini qızartının üzərinə qoyub 15 dəqiqə saxlayın.
Diş məcunu
Diş məcununun sərinləşdirici təsiri dərinin altında qanı hərəkətə gətirir. Bu, iltihab və qırmızılığı aradan qaldırmağa kömək ola bilər.
lent.az