"Yoldaşım məni həddindən artıq qısqanır..."

20 Mart 2017
1 806
0
"Yoldaşım məni həddindən artıq qısqanır..."
Həddi aşmadan qısqanmaq, ailəsinin qeyrətini çəkmək hər bir müsəlmana vacibdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Üç nəfər Cənnətə girməz: valideynin üzünə ağ olan, dəyyus (yəni ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan) və özlərini kişilərə bənzədən qadınlar". (ən-Nəsəi, 5/80-81; əl-Həkim, 1/72).

Siz yoldaşınıza gözəl tərzdə izah edin ki, insanı heç bir əsas olmadan nədəsə ittiham etmək olmaz. Bu böyük bir günahdır. Uca Allah bu barədə belə buyurmuşdur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır". (əl-Hucurat, 12).
"Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" (əl-Əhzəb, 38).

Feat.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Allahın qısqanclığın bəzisini sevir, bəzisinə də qəzəblənir. Allahın sevdiyi qısqanclıq şübhə doğuran işlər haqqındakı qısqanclıqdır. Allahın qəzəbləndiyi qısqanclıq isə şübhə doğurmayan işlərdən kənar olan qısqanclıqdır. Allah təkəbbürün bəzisinə qəzəblənir, bəzəsini də sevir. Sevdiyi təkəbbür insanın müharibə vaxtı və sədəqə verərkən təkəbbürdür. Allahın qəzəbləndiyi təkəbbür isə azğınlıq və lovğalanaraq özünü çəkməkdir". (Əbu Dəvud, 2659).

Şəriətin ümumi qaydasına görə ittiham edən tərəf öz ittihamına sübut gətirməlidir. Müdafiə olunan tərəf isə yalandan and içməyin böyük günah olmasını və Uca Allahın cəzasına səbəb olacağını başa düşərək and içməlidir. Ona görə də, siz and içdikdən sonra ərinizin sübut olmadan sizi günahlandırmağa haqqı yoxdur. Qurana əl basaraq and içmək isə qadağandır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.