Kişilər sizdə bunları axtarır – QADINLARIN MENYUSUNA

Kişilər sizdə bunları axtarır – QADINLARIN MENYUSUNA
Bəlkə hələ də aramızda “Xarici gözəllik önəmli deyil, əsas insanın daxili gözəlliyidir” deyə düşünənlər var. Amma yəqin, başqalarının yanında bu fikri söyləyənlər ən azından özlərinə etiraf edirlər ki, fikirlərində səmimi deyillər. Çünki bir insanın daxilini tanımaq üçün əvvəlcə onun xarici görünüşünü sevmək lazımdır. Çoxlarımız xarici görünüş baxımından ürəyimizə yatmayan insanların daxili dünyasını tanımaqda maraqlı olmuruq. Əmin ola bilərsiniz ki, kişilər üçün də sizin xarici gözəllik çox böyük əhəmiyyətə malikdir. Elə biz də budəfəki məqaləmizdə kişilərin qadınların xarici görünüşündə diqqət etdiyi əsas özəlliklər barəsində məlumat vermək istəyirik.



Dodaqlar çox önəmlidir


Qadınların dodaq quruluşu və istifadə etdikləri pomada kişilərə təsir etməkdə çox mühüm əhəmiyyətə malikdir. Kişilər nəsə izah edərkən istifadə etdiyiniz dodaq mimika və hərəkətlərinizə fikir verirlər. Onlar üçün danışarkən dodağını dişləyən bir qadından təsirlənməmək böyük məharət tələb edir. Amma eyni zamanda kişilər bu hərəkətdən onları yoldan çıxarmaq üçün istifadə etdiyinizin fərqindədirlər.



Saçlarınıza fikir verirlər


Əminliklə deyə bilərik ki, kişi üçün qadın deyəndə ilk ağıla gələn şey gözəl saçlardır. Sözsüz ki, qısa saçları sevən kişilər də var. Amma kişilərin böyük əksəriyyəti uzun saçlara üstünlük verir. Əmin olun ki, rəngi solmuş, baxımsız, səliqəsiz formada yığılan saçlarınız heç bir kişinin gözündə cazibədarlıq simvolu deyil.



Geyiminiz sizə yaraşır?


“Mənə hər şey yaraşır” deyə düşünürsünüzsə, yanılırsınız. Dəvət olunduğunuz yerə uyğun geyinmirsinizsə, geyiminizlə bədəninizdəki qüsurları örtməyə çalışmırsınızsa, məni sevən bu halımla da sevər deyə düşünürsünüzsə, yaxşı olar ki, tez zamanda bu fikri ağlınızdan çıxarasınız. Çünki kişilər üçün özünəməxsus geyim tərzi olan qadınlar daha maraqlıdır.



Bədən quruluşu

Kişilərin gözündə cazibədar görünmək istəyirsinizsə, bədən quruluşunuzu ideal ölçülərə uyğunlaşdırmağınız mütləqdir. Artıq çəkiləriniz varsa, tez zamanda ondan qurtulmağa çalışın. Çünki biz kişilər üçün “Bu mənim xanımımdır” deyə ətrafdakılara tanıdacağımız insanın xarici görünüşü çox önəmlidir.
Gencaile.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.