Orqazm ola bilməyən qadınlara ŞAD XƏBƏR: Müalicəsi var

Orqazm ola bilməyən qadınlara ŞAD XƏBƏR: Müalicəsi var
Bəzi qadınlar orqazm duyğusunu heç vaxt yaşaya bilmirlər. Cinsəllikdən zövq ala bilməyən bu hala anorqazm deyilir. Cinsi müalicə ilə anorqazm və ya orqazm pozuqluğunun müalicəsi mümkün olduğu halda bir çox qadın bu problemlə yaşayır. Türkiyəli psixoloq və hipnoz mütəxəssisi Mehmet Başkak anorqazmın diaqnozu, növləri və asanlıqla aparılan müalicə prosesləri haqqında danışıb. Feat.Az həmin məlumatlarla sizi də tanış edir.

Psixoloji pozuntu


Mütəxəssis ilk növbədə onu bildirib ki, anorqazm fiziki disfunksiyaya bağlı bir haldan daha çox psixoloji pozuntu kimi qəbul edilir. Uzun müddət orqazm ola bilməmək müvəqqəti və ya bəzən qalıcı cinsi funksiya pozuqluğuna səbəb ola bilər: “Anorqazm hormonal balanssızlıq, pelvik zədə, diabetik nevropatologiya, onurğa iliyi zədələnməsi, uterus problemləri və bəzi ürək xəstəlikləri zamanı ortaya çıxa bilər. Anorqazm əksərən menopauzaya agirən qadınlarda da müşahidə edilir. Emosional, tibbi və psixoloji səbəblərdən də bu, baş verə bilər. Lakin səbəblərin demək olar ki, hamısı psixoloji vəziyyətlə əlaqədardır desək, yanılmarıq”.

Anorqazmın psixoloji səbəbləri

Həddindən artıq stressə səbəb olan və cinsi istəyin itməsinə gətirib çıxaran bəzi anlaşılmazlıqlar, tərəf müqabili ilə bağlı problemlər və həyat yoldaşı ilə qarşıdurmalar da anorqazma səbəb ola bilər. Cütlüklərin bir-birinə olan marağının itməsi, dəyər görməmə və ya artıq qadının həyat yoldaşından xoşu gəlməməsi, ona olan əsəbi, hirsi, aqressiyası kimi səbəblər də cinsi istəyin azalmasına və anorqazmın ortaya çıxmasına yol açır. Mütəxəssis deyir ki, həyat yoldaşı ilə cinsi ehtiyac mövzusunda ünsiyyət çatışmazlığı cinsi marağı azalda bilər, bu da anorqazma səbəb olur: “Cinsi həyatda cahillik, cinsəllik haqqında düzgün məlumatlandırılmama da cinsəlliklə bağlı bir çox problemə yol açdığı kimi, orqazmı yaşaya bilməmək üçün da əhəmiyyətli səbəblərindəndir. Depressiya cinsi istəyin azalmasına gətirib çıxaran əsas səbəbdir. Cinsəlliklə əlaqədar travmatik yaşantı, erkən yaşlarda cinsəlliklə əlaqədar səhv məlumatlandırma istəksizliyə və anorqazma yol açır. Stress və narahatlığı, qayğılı həyatı olan insanlar istəksizlik və orqazm problemi yaşayırlar”.

Qadının öz bədənindən razı olmaması, özgüvəni, özünə inam problemləri da rast gəlinən səbəblərdəndir. Eyni zamanda həyat yoldaşı ilə birlikdə olmağın “ənənəvi” dəyərlərə söykənməsi və ya dini qayda-qanunları poza bilmə qorxusu da orqazm yaşanmasına mane olur. Həkimin sözlərinə görə, tərəf müqabilinin cinsi problemləri, məsələn, erkən boşalma problemi yaşaması da qadının anorqazm yaşamasına səbəb olur.


Anorqazmın tibbi səbəbləri


Bir çox fizioloji səbəblər sadalana bilər. Lakin həkim cinsi istəksizlik və orqazm yaşaya bilməmə səbəblərinin 95 faizinin psixoloji olduğunu qeyd edir. Bununla bərabər fizioloji səbəbləri də bilməkdə fayda var:

- Diabet və diabetik nevrologiya qadınlarda anorqazmın başlıca səbəblərindən biridir.
- Bəzi ürək narahatlıqları cinsi arzunu azalda və anorqazma səbəb ola bilər.
- Bir motorlu nəqliyyat qəzası və ya başqa hər hansı birbaşa zədəyə bağlı olaraq onurğa yaralanması anorqazma yol açır.
- Pelvik bölgədə zədə və ya bir adamın pelvik cərrahiyyə əməliyyatı olması halı da anorqazm yaradır.
- “Multipl Skleroz” cinsi arzunun azalmasına və anorqazma səbəb ola bilən nevroloji bir xəstəlikdir.
- Yüksək təzyiq də anorqazma səbəb olur.

Digər səbəblər

- Həddindən artıq spirt istifadəsi, alkoqolizm
- Narkotik maddə asılılığı, həddindən artıq siqaret çəkmək
- Sağlamlıq problemləri ilə bağlı istifadə edilən psixiatrik dərmanların yan təsirləri

Əlamətləri


Cinsi arzu, ön sevişmə əsnasında həzz almaqla anorqazm arasında fərq var. Bir çox qadın ön sevişməni xoşladığı halda bunun davamı olan cinsi əlaqədən zövq almaya bilər. Cinsi əlaqə əsnasında yalnız tərəf müqabilinin müddətinin bitirməsini gözləyərlər. Mütəxəssis deyir ki, orqazm olmamaq və cinsi arzuya çatmamaq anorqazmın ilk əlamətidir.

Anorqazmın ortaq əlamətlərindən bəziləri bunlardır:


- Əsla orqazm olmur, nə klitoral, nə vaginal, heç bir şəkildə cinsi həzz, boşalma duyğusu yaşamır.
- Şərtlərə və vəziyyətə bağlı olaraq ortaya çıxan orqazm pozuqluğu bəzən ortaya çıxan anorqazmdır. Buna təsadüfi ortaya çıxan orqazm pozuqluğu deyilir.
- Bəzi insanlar klitora toxunmaqla klitoral orqazm yaşaya bildiyi halda, cinsi birləşmədə vaginal orqazmı yaşaya bilmir.

Anorqazm necə yoxlanılır?


Bir qadın cinsi birləşmədən zövq almırsa, üstəlik, cinsi istəksizliyi varsa, yüksək ehtimalla orqazm pozuqluğu var. Bəzən ənənəvi olaraq buna o qədər də əhəmiyyət verilmir, bəzən məlumatsızlıqdan "demək belə də olur" deyə düşünürlər. Lakin həkim deyir ki, əslində həmin insanlar yaşanması lazım olan ən təbii həzdən məhrum qalırlar. Bu vəziyyətdə xüsusilə cinsi müalicələr mövzusunda təcrübəli mütəxəssisdən dəstək almaq həm yaşanan vəziyyətin bir problem olub-olmadığını anlamaq, həm də müalicə baxımından olduqca əhəmiyyətlidir: “Anorqazmın müalicəsində dərmanlarla yanaşı olduqca təsirli bəzi təbii müalicələr də var. Bunlardan biri də hipnoterapiyadır. Hipnoterapiya anorqazmı müalicə etmək üçün olduqca təsirli bir üsuldur. Təəssüf ki, bir çox cütlük tibbi üsullar əvəzinə cadu və falçılara müraciət edir”.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.