Gənc qadınların seçimi əsasən yaraşıqlı kişilər olur - Yaşlı xanımlar isə...

Gənc qadınların seçimi əsasən yaraşıqlı kişilər olur - Yaşlı xanımlar isə...
Amerika psixoloqları qadınların kişilərdə daha çox önəm verdiyi səbəbləri araşdırmağa çalışıb.

Feat.Az
xəbər verir ki, əsas məqsəd xanımın gözündə ideal kişinin daxili keyfiyyətlərə yoxsa görünüşə görə müəyyənləşməsi sualına cavab tapmaq olub.

Tədqiqata 15-29 yaş arası 80 , 37-61 yaş arası isə 61 evli və subay xanımlar cəlb olunub.

Tədqiqatın əvvəlində məlum olub ki, iştirakçılar daha çox görkəmə önəm verir.

İkinci yerdə isə kişinin intellekt səviyyəsi əsas götürülüb.

Sonra xanımlara kişilərin fotoları verilərək, onları xarakterizə etmək tapşırılıb. Gənc xanımların əksəriyyəti ilk görüşə yaraşıqlı kişilərlə çıxmağa önəm verib.

Nisbətən yaşlı xanımlar isə insani keyfiyyətlərə üstünlük verib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.