Qısqanclıq məhəbbətin yol yoldaşı- Eyni zamanda zəhəridir... / ARAŞDIRMA

Qısqanclıq məhəbbətin yol yoldaşı- Eyni zamanda zəhəridir... / ARAŞDIRMA
Deyirlər ki, qısqanclıq məhəbbətin yol yoldaşı, eyni zamanda da zəhəridir. Qısqanclıq hamının qəlbinə hakim olan bir hissdir. Ancaq elə qisqanclıqlar var ki, münasibətlərin sona çatması ilə nəticələnir.

Feat.Az
xəbər verir ki, bəziləri elə hesab edir ki, qisqanclığın yaranmasına səbəb elə inamsızlıqdır. Bir çoxlarının fikrincə isə qısqanclıq əsl sevginin əlamətidir. Qısqanclıq sevgi əlamətidir yoxsa inamsızlıq?

Məsələyə psixoloq Elnur Rüstəmov münasibət bildirib: “Qısqanclıq bütün canlılara xas olan isntinktdir. Qısqanclığın normal və patoloji səviyyəsi var. Normal səviyyədə qısqanclıq heç kimə zərər vurmur, ancaq patoloji qısqanclıq artıq bir xəstəlikdir. Patoloji qısqanclığa irsi faktorlar, uğursuz sevgi münasibəti, hətta zərərli vərdişlər (alkoqol, narkotik) də təsir edir”.

Psixoloq Elnur Rüstəmov əlavə edib ki, patoloji qısqanclıq səviyyəsinə gəlib çatanacan mütləq tədbir görmək lazımdır.
metbuat.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.