Yuxu seks həyatına necə təsir edir?

22 Mayıs 2017
2 612
0
Yuxu seks həyatına necə təsir edir?
Normadan artıq yuxu qadınlarda seks istəyini 14% artırır

Əgər gecə nə qədər yatdığınız yalnız gündəlik qəhvə istehlakınıza və işgüzarlığınıza təsir edir düşünürsünüzsə, yanılırsınız! Gözəl bir gecə yuxusu eyni zamanda daha sağlam, daha xoşbəxt münasibət və seks həyatı mənasına da gəlir. Gözəllik yuxusu üçün bir səbəb daha! Komputerinizin ekranına yaxın əyləşin, Foxy sizə nizamlı yuxunun seks həyatınıza və əlaqənizə faydalı olacaq məlumatları paylaşır.

Araşdırmalara görə normadan artıq yatmaq qadınlarda seks istəyini 14% artırır.

6 saatdan çox yatmaq münasibətdəki məmnuniyyəti artırır. Gecə gözəl və rahat yuxu ertəsi gün sevgilinizlə keçirəcəyiniz enerjili və gözəl bir günün xəbərçisidir. Gündə ortalama 7-8 saat yatan insanların 78%-i münasibətlərindən

Araşdırmaların nəticəsi olaraq məlum olub ki, qadınların 33%-i yataq otağında seks üçün yorğun olduqlarını deyirlər.

Qadınların seksdən sonra tez yuxuya getməklərinin səbəbini bilirsinizmi? Aparılan araşdırmalara görə 10 qadından 3-ü seks zamanı orgazm olmur və seksdən sonra tez yuxuya gedirlər. 12% qadın isə yuxu pozuntusunun münasibətlərinə mənfi təsir etdiyindən şikayətçidirlər.

Bunlara diqqət etməlisiniz!

Əgər bütün probləmləri həll etmək, yuxu rutininizi normaya salmaq və xoşbəxt seks həyatı istəyirsinizə bəzi nüanslara diqqət etməkdə fayda var. İlk olaraq kafeinə yox deməlisiniz! Yatmazdan 4 saat əvvəl kafein tərkibli qidalar, içkilər qəbul etməməliniz, 2 saat əvvəl isə ümumiyyətlə qidalanmanı sonlandırmalısınız. Telefonu mütləq kənara qoymalı, səhər iş haqqında düşünməməlisiniz yatarkən. Bu sizi stressə salar və yuxu sisteminizə zərərli olar.

Partnyorunuz xoruldayır?

Xoruldamaq yataqda hələ də, davam edən ən böyük problemdir. Bunun həllini tez bir zamanda tapmalısınız. Yatdığınız otaq tam qaranlıq deyilsə, göz maskasından istifadə edə bilərsiniz.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.