Onu unutmaq istəyirsinizsə... - Sevgilisindən ayrılanlar oxusun » Feat.Az Sekiller, Xeberler, Yazili

Onu unutmaq istəyirsinizsə... - Sevgilisindən ayrılanlar oxusun

16 July 2017
673
0
Onu unutmaq istəyirsinizsə... - Sevgilisindən ayrılanlar oxusun
Hər nağılın bir sonu var. Bəs pis sonluqla bitən nağılların axırında stressə girməmək üçün nə etmək lazımdır? Feat.Az sevgilisindən ayrılanlara güclü olmağın yollarını sadalayır.

Keçmiş sevgilinizdən uzaq durun

Nə olursa olsun, hər zaman başınızı dik tutun! Ayrılıqdan sonra bir anlıq darıxmaqla səsini eşitmək, ya da darıxdığınızı bildirmək üçün qətiyyən ona zəng vurmayın. Səssiz qalın. Siz nə qədər çox özünüzə güvənsəniz, bir o qədər cazibədar olarsınız. Çarəsiz qadın qətiyyən cazibədar görünmür.

Qəminizə dözə bilməyən dostlarınızdan uzaq durun


Keçmiş sevgiliniz üçün darıxdığınızı görüb sizin kədərlənməyinizə dözə bilməyən dostunuz fərqli yolla sevgilinizə zəng etdirməyə çalışacaq. Verdiyi tövsiyə sizi daha da üzə bilər.

Onu axtarmayın


Yenisindən ayrıldıqdan sonra keçmiş sevgiliyə qayıtmaq onsuz da çox axmaq hərəkətdir. Unutmayın, ondan da ayrılanda eyni kədəri yaşamışdınız.

Dinlədiyiniz mahnılara diqqət edin


Duyğusal mahnıları dinləməyin. Daha hərəkətli mahnılar dinləməyə çalışın. Romantik ifalar keçmiş xatirələri canlandırır.

Onu sosial şəbəkədə izləməyin


Sosial şəbəkələr hesablarında keçmiş sevgilinizin hər paylaşımından özünüzə pay götürməyin. Onu nə etdi deyə daim izləmək acınızı daha da artırar. Əgər özünüzə nəzarət edə bimirsinizsə, onu dostluq siyahısından silin, ya da hesabınızı bağlayın.

Sonsuzadək depresiyyada qalmaq fikrini unudun


Hər acı bir gün bitər. Heç bir sevgi üzüntüsü sonsuzadək davam etməz. Bunu etməklə gerçək sevgini əlinizdən qaçırmış olarsınız.

Yeni münasibət üçün tələsməyin


Acınızı yüngülləşdirmək üçün qarşınıza çıxan ilk şəxsə şans verməyin. Tələsik qərar versəniz, daha da üzülə bilərsiniz. Tələsməyin!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz