Uşaqlı və xoşbəxt evliliyin sirləri

08 Haziran 2022
1 883
0
Uşaqlı və xoşbəxt evliliyin sirləri
Həm evli, həm uşaqlı, həm də xoşbəxt ola bilərsiniz. Necə? Ətrafınızda həmişə pis örnəklər olsa belə, bu işin sınanmalı bir çox yolları var. Qərarlı olun və xoşbəxtliyə çatmaq üsullarını addım-addım tətbiq edin. Əvvəlcə öz həyatınıza sahib çıxın. Uşaqlarınızın anası, ərinizin həyat yoldaşı olmaq gözəldir, amma siz eyni zamanda bir fərd və bir qadınsınız. Hər şey bir yana, özünüzü həyatınızın mərkəzinə qoyaraq sizi siz edən və xoşbəxt edə bilən şeyləri etməyə diqqət etməlisiniz. Öz mənəvi aclığınızı doyurub, özünüzü hər istiqamətlə bəsləsəniz, bu, ailə həyatınıza da xoşbəxtlik olaraq geri dönəcəkdir. Misal üçün tennis oynamağı sevirsinizsə, mütləq buna zaman ayırın. Sadəcə həyat yoldaşınız ilə birlikdə olduğunuz zaman deyil, tək olduğunuz zaman da dostlarınızla çıxıb sosiallaşın. Bunu unutmayın. Əgər bir evdə ana xoşbəxtdirsə, bütün ailə xoşbəxtdir!

Uşaqlarınızdan öncə həyat yoldaşınızı düşünmək bir çoxunuza səhv gələ bilər. Amma sağlam bir evlilik və xoşbəxt bir həyat üçün həyat yoldaşınıza önəm verməlisiniz. Bunu uşaqlarınız da görməli və hiss etməlidir. Misal üçün həyat yoldaşınız evdən ayrılarkən bir dəqiqə onunla birlikdə çıxıb gəzmək, onu maşınına qədər ötürmək ona özünü xüsusi hiss etdirə bilər. Beləcə, o da sizə eyni cür qarşılıq verməkdən çəkinməyəcəkdir. Ana-ata olmadan öncə bir cütlük olduğunuzu xatırlayın.

O, atadır, ona dərs verməyin. Çox qadının düşdüyü bir xəta həyat yoldaşlarından uşaq qulluğunu özləri kimi etmələrini gözləməkdir. Misal üçün ola bilər ki, həyat yoldaşınız ona bəzi qidaların qəbuluna icazə verir və siz bundan narazısınız. Yenə də onu hər dəfə uşaq kimi danlamaqdan əl çəkməlisiniz. Sizin uşaq saxlama metodunuz daha sağlam və etibarlı olsa da, uşağınızı atası ilə birlikdə qoyduğunuz zaman ona “Sənə güvənirəm” deyin. Qoyun o, öz metodundan istifadə etsin.

Bütün problemləri həll etməyin mümkün olmadığını qəbul edin. Həyat yoldaşınızla aranızda iş bölgüsü aparın. Tozsoranın harada olduğunu, qab və paltaryuyan maşınların necə işlədiyini ona öyrədin. Beləcə ev işlərində kömək etməmək üçün “bilməmək” kimi bir bəhanəsi olmayacaq. Bu da sizin yükünüzü yüngülləşdirəcək. Həmçinin uşaqlar üçün də gözəl bir örnək olacaq. Özünüzü evin qulluqçusu olaraq görmədiyiniz zaman xoşbəxt olacaqsınız. Əvvəl də qeyd etdiyimiz kimi, siz xoşbəxt olduğunuz müddətcə bütün ailəniz xoşbəxt olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.