Qadınlar kişiləri necə OVSUNLAYIR? - Maraqlı və inanmayacağınız FAKTLAR,qadın, qadınlar, gözəl, haqqında, etmək, olmalıdır, göstərir, təsir,

Qadınlar kişiləri necə OVSUNLAYIR? - Maraqlı və inanmayacağınız FAKTLAR

13 October 2017
918
0
Qadınlar kişiləri necə OVSUNLAYIR? - Maraqlı və inanmayacağınız FAKTLAR
Dövrün qaydaları qadınları kişi rolunu öz üzərinə götürməyə, pul qazanmağa, ailəni maddi baxımdan təmin etməyə və bizneslə məşğul olmağa sövq edir. Bütün bunlar özünə neqativi cəlb edən qadının nitqində əskini tapmağa başlayır. Bir çox qadınlar müasir dövrdə unudur ki, o, zərif, daxilən özü ilə harmoniyada və hüzur içində olmalıdır.

Feat.Az
bu yazıda oxucuları qadın nitqinin mistik gücü və psixoloji təsiri haqqında maraqlı faktlarla tanış edib.

Vedaların kitabında isə deyilir ki: "Qadın müharibəsiz də qalib gəlir”.

Qəribədir! Nə üçün bir çox müasir qadınlar kişilərə öz gücünü sübut etmək yolunda sağlamlığını və həyat eşqini itirir? Bəs bunun əksini diktə edən dövrdə sülhü müharibəsiz necə əldə etmək olar?

Qadınların yalnız bir hissəsi silahlardan da güclü olan – gözəl nitqə malik olur. Təəssüf ki, kişilər kimi sərt və kobud rəftar etməyə vərdiş edən müasir qadınlar sözlərdən çox zaman özünü məhv etmək üçün istifadə edir. Halbuki qadın niqtinin gücü onun mülayimliyi və maqnetizmindədir.

Maraqlı fizioloji hal: Kişilərin beyni qadın nitqini kişilərin söhbətindən və musiqidən daha tez duyur. İndi düşünün ki, insana bunlardan hansı daha güclü təsir göstərir: Nitq və ya musiqi?

Qadınlar kişiləri necə OVSUNLAYIR? - Maraqlı və inanmayacağınız FAKTLAR

Musiqi konkret informasiya deməyə bilər, amma məhz qadın müəyyən ovqat formalaşdırır, motivasiya edir, ovsunlayıcı effekt göstərir və daha təlqinedici vəziyyət yaradır... Bu isə bir daha qadına xatırladır ki, öz daxili aləmini içəridən ən gözəl notlar üzərində kökləmək necə də vacibdir.

Odur ki, qadın öz fikirlərini ifadə etməyi öyrənməli və gözəl danışmağı bacarmalı, eləcə də düzgün intonasiyaya malik olmalıdır. Onun nitqi öz emosiyalarını, hisslərini və arzularını ötürmək üçün bir vasitə olmalıdır.

Əgər qadın fikrini sərt və birbaşa ifadə edirsə, kişilər onu şüuraltı olaraq kişi kimi qəbul etməyə başlayır. Onun qadın görünüşü sərt ünsiyyətdən sonra silinir...

Halbuki Berenq ənənəsinə görə, qədim dövrlərdə belə hesab olunurdu ki, qadınlar sözlə müalicə edə, xeyir-dua verə, lənətləyə və ruhlandıra bilir. Həmçinin bütün mistik gücünü boş cəfəngiyata və dedi-qodulara xərcləyirdilər.

Dedi-qodular isə qadın təbiətini öldürür, bu, azmış kimi onlar neqativ cəlb edir. Bundan başqa qadının mistik gücü boş yerə sərf olunur.

Məsələn, hansısa bir insanın ünvanına deyilmiş hər neqativ söz – sizin yaxşı əməllərinizi də silib aparır. Bununla da siz xəbəriniz olmadan ittiham etdiyiniz hadisəni öz həyatınıza çəkirsiniz. Nəticədə danışdıqlarınız öz başınıza da gəlir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Rusiyada aparılan psixoloji araşdırmalarda məlum olub ki, başqaları haqqında pis sözlər dilə gətirdikdə qadın özünü tükənmiş və yorulmuş hiss edir. Beləliklə də gücü çəkilib gedir.

Lakin yaxşı insanların hərəkətlərinin müzakirəsi qadına yalnız pozitivlik gətirmir, onun mərhəmət duyğularını oyandırır və güc verir.

Müasir qadınlar nə edir?
Qadın əri və doğmaları haqqında fikrini ucadan söyləyəndə bu zaman onun dedikləri cadu kimi fəaliyyətə başlayır, ətrafa təsir göstərir. Müasir qadınlar sözlərin gücünə əhəmiyyət verməyərək nitqlərində tez-tez neqativi özlərinə tərəf çəkirlər. Sanki özləri özlərini ovsuna salırlar. Odur ki, hər gün işlətdiyiniz sözləri yadınıza salın!

Qadınlar bir işi düz gətirməyən kimi "Dəhşət", "Zibil", "Dibilizm", "Necə də səfehəm!" və s. bu kimi ifadələr işlədir. Bu hərəkət bir insanın özünə etdiyi ən böyük pislikdən başqa heç nə deyil.

Həmçinin soyuducunun üzərinə yapışdırılan maqnitlərin də təsiri böyükdür. Məsələn, "Soyuducudan uzaq dur, donuz!", “Az yat, tənbəl inək!” cümlələri yazılan maqnitlər qadını uğursuzluqlara düçar edir. Yadda saxlayın ki, uğur əldə etmək istəyirsinizsə, özünüzə seçdiyiniz şüar da gözəl olmalıdır.

Yazılanlar barədə düşünün! Öz daxili aləminizlə dialoqa girin, “Donuz və inək” sözlərini daha müqəddəs və xoş təsir bağışlayan ifadələrlə əvəz edin. Gözəl şeylər haqqında gözəl danışın! Unutmayın ki, öz ətrafında bolluq və zənginlik yaratmağın əsas yollarından biri məhz budur.
publika.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz