Mirşahin cəbhədə: Əhval-ruhiyyə də çox yüksəkdir – Video

03 Nisan 2016
1 470
1
Mirşahin cəbhədə: Əhval-ruhiyyə də çox yüksəkdir – Video
Mirşahin cəbhədə: Əhval-ruhiyyə də çox yüksəkdir – Video

“Ağır sutkadan sonra şəhər öz rahat məcrasına düşüb”.

Cəbhə bölgəsində sakitçilik hökm sürür və insanların ümumi əhval-ruhiyyəsi yüksəkdir.

FeaT.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev məlumat verir.

Bildirilir ki, sabitlik bərpa olunub, yerli sakinlərdə və hətta güllə yarası almış mülki əhalidə pozitivlik müşahidə olunur.

“Cəbhə bölgəsində sakitçilikdir. Şəhər öz sakit həyatını yaşayır. Sabitlikdir. Hətta atışma səsi, partlayış səsi gəlmir. Ağır sutkadan sonra şəhər öz rahat məcrasına düşüb. Burda şayiələrin də xarakteri fərqlidir. 1991 – 92-ci illərdəki şayiələrdə belə idi ki, adamlar bir-birlərinə danışırdılar ki, filan kənd boşaldıldı, filan rayon boşaldıldı. Amma indiki şayiələridə çox böyük bir pozitivlik var.

Adamlar arasında gəzən söz-söhbətə görə artıq müxtəli rayonlar bizdədir, müxtəlif yüksəkliklər bizdədir. Hətta bəzən söhbəti ona qədər gətirib çıxarırlar ki, Füzulinin yağ-pendir zavoduna qədər gedib çıxmışıq. Bu isə ondan xəbər verir ki, yerli əhali pozitiv köklənib, insanlar çox pozitiv köklənib. Əhval-ruhiyyə də çox yüksəkdir.” – deyə Mir Şahin Ağayev cəbhə bölgəsindən bildirir.


RƏYLƏR
  1. allah bendesi
    yaxshi haldir ordumuzun gucu sayesinde irelileyeceyimize herkes eminleshib ALLAH qorusun onlari
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.