Bakıda həkim xəstənin sağlam ayağını kəsdi — YENİLƏNİB + FOTO +VİDEO(18+)

24 Haziran 2016
1 670
0
Bakıda həkim xəstənin sağlam ayağını kəsdi — YENİLƏNİB + FOTO +VİDEO(18+)
Səhiyyə Nazirliyi hadisəyə münasibət bildirib.

Səhiyyə Nazirliyi Azərbaycanda həkimin sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Feat.Az Apa-ya istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb.

Eyni zamanda, məsələ hüquq-mühafizə orqanı tərəfindən də araşdırılır. Həm Səhiyyə Nazirliyi Tibbi Ekspertizanın, həm də hüquq-mühafizə orqanının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

***

Azərbaycanda həkim xəstənin sağlam ayağını səhvən kəsib.

Bu barədə Feat..Az ANS PRESS-ə istinadən xəbər verir.

Xəstənin nəvəsi Zaur Hüseynovun verdiyi məlumata görə, həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu nənəsinin sağ ayağını kəsib.

Onun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadının sol ayağı əvəzinə, sağlam olan sağ ayağı kəsilib.

“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqraba açıqlama verməsi üçün həmin həkimi axtarır.

Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar”, - deyə onun yaxınları bildirib.

Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski faktı təsdiqləyib.

O deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib.

“Bu işə görə mən özüm də şokdayam”, - deyə o söyləyib.

Bakıda həkim xəstənin sağlam ayağını kəsdi — YENİLƏNİB + FOTO +VİDEO(18+)

Bakıda həkim xəstənin sağlam ayağını kəsdi — YENİLƏNİB + FOTO +VİDEO(18+)


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.