H.O.S.T haqqında bilinməyənlər...

03 Kasım 2016
4 396
0
H.O.S.T haqqında bilinməyənlər...
Azərbaycanda daha yeni, tanınmağa başlayan musiqi janırlarından biri də, “Rep”-dir. Rep haqqında qısa bir məlumatdan sonra, artıq repçilərimizi şəxsi həyatlarından mövzu açacağam.

Rep- repçilər tərəfindən ifa edilən qafiyələnmiş lirikadır. “Rep” musiqisi ilk dəfə 1970-ci ildə, Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü, sıxışdırılaraq daima tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin, “zəncilərin öz içlərində böyüyüb, elə öz içlərində də məhv olacağını söyləyirdilər.” Lakin bütün bunlara baxmayaraq, qısa bir zamanda rep bütün Avropada, ardınca bütün dünyada, eləcə də Azərbaycanda yayılmağa başladı.

Ilk dəfə Azərbaycanda, rep 1991-ci illərdə, Anar Nağılbaz tərəfindən ifa edildi. Və beləliklə, Azərbaycanlı gənclər. Repə daha çox maraq göstərməyə başladılar. Və zaman getdikcə yeni repperlər artıq bir araya toplaşaraq (2007-2012-ci illlər də)“H.O.S.T” qrupunu qurdular.“H O S T- burada 4 element var. Hava, Od, Su, Torpaq.”

Qrupun albom şirkəti: HOST Production, Dayirman Production.

Üzvləri: QaraQan, ProMete, AİD.

Keçmiş üzvləri: Feck, ErranT, Felon De Jure, Darvish, Jamal Ali.

Qrupun yaranma tarixinə qədər, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olmuşdurlar. ProMete, QaraQan eyni zamana da Jamal Ali Allianceya qədərki vaxt mərhələsində bir neçə tracklər yazdırıb, konsertlərdə çıxış ediblər. 2005-2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib-çoxdandır rep yazan QaraQan və Jamal Allianceyə Felon De Jure, Feck, ErranT da qoşulub. Clanın “Sənsiz (Love Story)” hiti də məhz bu dövürdə yazılıb. Bu vaxtlar ərzində Baku Clan üzvləri ilə yaxın dostluq əlaqəsin də olan ProMete də SRB-nın (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edir.

2007-ci ilin Fevral ayından etibarən qrup adını dəyişərək HOST Alliance adı ilə fəaliyyətə dəvam edir. Bu dövür ərzində qrupa yeni üzvlər, AİD və Darvish də daxil olur. “Həyatım əllərində” və “How we Rappin” sinqıllarından sonra Alliance albom yazışlarına başlanılır. Əvvəlcə “Propoqanda” trackı ilə eyni adlandırılmaq istənilən albom bir sıra müzakirələrdən sonra öz üz səhfəsində bu yazını tapır- “Proloq”. 2012-ci ildə Repperlərin solo fəaliyyətə başlaması ilə qrup dağılır.



ProMete


Pərviz Ramiz oğlu İsaqov, ProMete ləqəbi ilə tanınır. 1986-cı il 15 iyunda Siyəzəndə anadan olmuşdur. Əkizlər bürcüdür. Orta məktəbi 2-ci sinifə qədər Sumqayıt şəhər 13 saylı orta məktəbdə oxuyub. 3-cü sinifdən etibarən elə Sumqayıtda yerləşən “Təfəkkür” liseyində təhsil almışdır. Məktəbi bitirdikdən sonra 2004-cü ildə ali təhsilini Azərbaycan Dövlət Memarlıq və İncəsənət Universitetinə qəbul olaraq, 2008-ci il də “ Sğorta işinin təşkili” fakultəsini bitirmişdir. 2000-ci ildə rep yazmağa başlamış, 2004-cü ildən etibarən peşəkar repçiliklə məşgul olmuş, 2012-ci ildə evlənmişdir.



QaraQan


Elxan Aqşin oğlu Zeynallı, QaraQan ləqəbi ilə tanınır. 3 aprel 1987-ci ildə Bakıda anadan olmuşdur. Qoç bürcüdür. 7 yaşında məktəbə getmişdir. 2005-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini (TDV-BTL) bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin “Jurnalistika” fakultəsinə daxil olmuşdur. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlamışdır. Hal-hazırda 8 romanın və maraqlı hekayələrin müəllifidir. 2008-ci ildə “Azərbaycan Yazışılar Birliyinin” (AYB) ən gənc üzvü seçilib. 2008-ci ildə Azərbaycan səviyyəsində “İlin Gənci” adın layiq görülüb. 2009-cu ildə isə Prizdent təqaüdü ilə təltif olunur. Elə həmin il də “Bir milyon Dollarım Olsaydı” romanı, ən çox satılan kitab olur.

Romanları:

“A”(2007)

“ Bir Milyon Dollarım olsaydı”(2009)

“Исповедь Одного Извращенца”(2011)

“Mələk”(2012)

“Evakuasiya”(2013)

“Birinci Addım”(2013)

“İkinci Addım”(2014)

“Üçüncü addım”(2015)




A4


Orxan Tağıyev 1986-cı il martın 1-də Bakı şəhərində anadan olub. Balıq bürcüdür. 2003-cü ildə rep ilə məşğuldur. Əsasən replərini müharibə mövzularında yazır, bununla yanaşı sosial münasibətlərə də replərində yer verir. Ləqəbləri isə “A4” və “T.Or” kimi tanınır.




Xpert

Şəhriya Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində Anadan olmuşdur. Ləqəbi “Xpert”-dir. 1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir.

2007-ci ildə Qafqaz universitetinin Türk dili və Ədəbiyyat fakultəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir. Tərəzi bürcüdür. 2011-ci ildən etibarən peşəkar rep ilə məşğul olur. Ilk başlarda türkcə replər söyləmiş, 2010-cu ildə Fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli, Diss-Persia adlı musiqi parçasını ərsəyə gətirib. Bu Xpertin Azərbaycan dilində yazdığı ilk musiqi Parçası olmuşdur. 2011-2012-ci illərdə hərbi xidmətdə olmuşdur. 2013-cü ilin, mart ayında öz evində qardaşı ilə birlikdə, büdcəsi 11 manat 50 qəpik olan klipini çəkmişdir. “Şaman” adlı musiqi parçası 24 saat ərzində YouTube`da 12 000 baxış sayı toplayaraq, şəxsi rekorda imza atmışdır.


Ardı növbəti, Məqalələrdə...

İMZA~ Rep.House99
Feat.Az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.