Qadınlara Ən Çox Yaraşan Döymə Yerləri

08 Mayıs 2015
3 364
0
Qadınlara Ən Çox Yaraşan Döymə Yerləri
Qadınlara Ən Çox Yaraşan Döymə Yerləri

İndiki vaxtda döymə etdirmək artıq çox məşhurdur. Həm qəşəng həm də cazibədar olan döymələri doğru yerə etdirmək çox əhəmiyyətlidir.

İç bilək

Qadınların döymə etdirdikləri ən gözəl yerlərdən biridə bilək içidir. Yazı və kiçik ölçüdəki döymələr üçün uyğun yer olan bilək içidir. Bilək içi sürətli bir şəkildə yarası sağala bilər ancaq incə dəri olduğundan daha digər yerlərə görə bir az daha ağrıya bilər.

Qol içi

Qol içi eyni zamanda ikiyə ayrılır. Pazınızın və ya alt qol içinə etdirə bilərsiniz. İç tərəfdə olduğu üçün hər vaxt göz qarşısında olmaması yaxşı tərəflərindən biridir. Alt qol içi digər tərəflərə görə çox ağrımaz ancaq üst qol için həssasdır. Uzun cümlələr və şəkilli döymələr üçün olduqca rahat yerlərdəndir.

Çiyin

Çiyinin döymə etdirmənin müxtəlif formaları vardır. Çiyinin arxa qisimi sümüklü bir yer olduğu üçün ağrılı olması ehtimalı yüksəkdir. Ancaq cümlə şəklidəki döymələr üçün mükəmməl bir yerdir. Döymələrin həm zərif həm də cazibədar olduğu bu yer, aşağı çiyinli bluz sevənlər üçün doğru seçim olacaq.

Şəkilli və böyük döymələr isə çiyinin ön və ya üst tərəfində daha gözəl dayanacaq. Ancaq çiyininizə etdirəcəyiniz döymələri yaxşı düşünün çünki çox bağlı bluzlar geymirsinizsə gizləməniz çətin olacaq xüsusilə də yayda.

Boyun arxası

Boyun arxası döymə etdirmək üçün olduqca məşhur bir bölgədir, asan saxlana bilər və döymənin gözəl göründüyü bir yerdir. Müalicə müddəti bir az çətinlikli keçə bilər çünki, asan çatılar bir yer olmadığı kimi bluzlardan ötəri davamlı bir təmas vardır. Şaquli döymələr üçün mükəmməl bir yerdir.

Onurğa

Onurğaya edilən döymələr bir az çətindir. Ancaq nəticədən məmnun qalacağınıza əmin ola bilərsiniz. İncə uzun döymələrin çox xoş dayandığı onurğa, kürək idi açıq bluzlarla çox gözəl dayanır. Bu döymə yerinin ən yaxşı nümunələrindən biri Victoria Beckhamdadır.

Qabırğa

Son olaraq, qadınlar üçün ən gözəl yerlərdən biri qabırğa. Bura tamamilə sümükdən meydana gəldiyi üçün bir az ağrıyacaq. Qabırğaya edilən döymələr, göz qarşısında deyil. Buna görə görünən bir döymə istəyirsinizsə digər yerləri seçim edə bilərsiniz. Ancaq həm sıxılmamaq üçün həm də döymənin xoş dayandığı bir yer olduğu üçün qabırğa olduqca məşhurdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.