Hündürdaban geyinən xanımlara bəd xəbər

18 Ağustos 2015
1 885
0
Hündürdaban geyinən xanımlara bəd xəbər
Hündürdaban geyinən xanımlara bəd xəbər

Türkiyəli həkim Turgut Terzi hündürdaban ayaqqabıların bel ağrılarına və bir sıra problemlərin yaranmasına səbəb olduğunu deyib.

Hündürdaban ayaqqabıda gəzərkən istər-istəməz önə doğru əyiləcəksiniz ki, bu da diz, ayaq və bel ağrılarına səbəb olacaq. Bəzi əzələlərin daha fəal, bəzilərinin isə passiv olması nəticəsində fiziki görkəminizdə də xoşagəlməz dəyişikliklər yaranacaq.

Ayaqqabı seçiminə xüsusi diqqət yetirməyin önəmi haqda danışan fizioterapevt Turgut Terzi bunları qeyd edib:

"Burnu dar, hündürdaban ayaqqabılar tarazlığın pozulması nəticəsində ayaq ağrılarının yaranmasına səbəb olur. Buna görə ayaqqabı seçimi edərkən diqqətli olun. Yanlış ayaqqabı seçimi dırnağın ətə batması, ayaq göbələyi və bu kimi digər problemlər yaratmaqla yanaşı tez yorulmağınıza da səbəb olacaq”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.