Ananaslı toyuq kotletləri

01 Ekim 2014
1 775
0
Ananaslı toyuq kotletləri
Ananaslı toyuq kotletləri


Tərkibi:

1 kq toyuq filesi
1 banka ananas konservi (halqa)
200 q bərk pendir
2 yumurta
qara istiot
duz

Hazırlanması:
Fileni yuyun, nazik yastı tikələrə doğrayın, bir qədər döyün, duz, istiot vurun.

Yumurtaları çalın.

Döyülmüş tikələri yumurtaya batırın, bitki yağında hər iki üzünü qızardın. İkinci üzünü qızardanda tavanın qapağını örtün.

Kotletləri siniyə düzün, hər birinin üzərinə bir ananas halqası (yaxud ölçüsü kiçikdirsə, yarısını) qoyun. Üzərinə sürtgəcin iri gözündən keçirilmiş pendir səpin.

220 dərəcə qızdırılmış sobada pendir əriyənədək bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.