Ev şəraitində asanlıqla hazırlanan, tam botoks effektli nişasta maskası

26 Ağustos 2016
2 544
1
Ev şəraitində asanlıqla hazırlanan, tam botoks effektli nişasta maskası
Sizə botoks effektli, çox ucuz qiymətə başa gələn, möcüzəvi maska təqdim edirik...
Görülən qırışlarla və yorğunluq əlamətləriylə mübarizə aparmaq üçün, bundan xeyirli təbii maska ola bilməz.
Nişasta, Botoks təsiri kimi, qırışları aradan qaldırır.
Ağrılı botoks iynələrinə müraciət etmək üçün həmişə vaxt tapa bilərsiniz.
Amma bu həm qənaət baxımından, həm vaxt itkisi baxımından möhtəşəm bir vasitədir. Siz heç olmasa bir-neçə dəfə bu maskadan istifadə edin və effektindən tam razı qalacağınıza əmin ola bilərsiniz.
Mütəxəsislərin sözlərinə gorə, bu üsul tam botoks effektini verir.


Nişasta maskası

1 xörək qaşığı kartof nişastasını, yarım stəkan suda yaxşıca həll edin və sonra qaba tökün. 0,5 l qaynar suyu qarışığın üzərinə əlavə edin. Sonra 5 xörək qaşığı təzə sıxılmış yerkökü şirəsini və 1 xörək qaşığı xamanı əlavə edin. Yaxşıca qarışdırıb 20-25 dəqiqə ərzində üz dərinizə incə qat şəklində sürtün.Üzünü ilıq suyla yuyun və dəriyə nəmləndirici krem sürtün.


Qeyd:

Maskanın qalmış hissəsini soyuducuda 3 gün ərzində rahatlıqla saxlaya bilərsiniz.
Bu maska incə və dərin qırışları çox gözəl aradan qaldırır, dərini nəmləndirir və ümumiyyətlə demək olar ki, dəri üçün botoksu əvəz edir. Daha effektiv nəticə almaq üçün, maskanı 3 gün ardıcıl etmək lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Melek
    • Melek
    • 26 Ağustos 2016 21:31
    xaiş edirem bu yazilib şekil Ericsson türk dilinde paylaşmayin
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.