Menstrual dövrü necə keçirirsiniz? – Sağlam əlamətlər

25 Ağustos 2016
2 487
0
Menstrual dövrü necə keçirirsiniz? – Sağlam əlamətlər
Hər bir qadın menstrual dövrünün sağlam və normal olub-olmamasını bilməlidir. Çünki menstruasiya dövrü sağlamlığın ilk addımıdır. Menstruasiyanın fiziki olaraq aylıq qanamadan başqa, əslində ümumi sağlamlığın da əks olunmasıdır. Sağlamlığınız yerindədirsə menstruasiyanız da nizamlı, problemsiz, simptomsuz və elastik olacaq. Feat.Az menstruasiyanızın sağlam olub-olmasını aydınlaşdırmaq üçün sizi bəzi əlamətlərlə tanış edir.

İlk növbədə onu bildirək ki, menstruasiyanın optimal dövriliyi 25-35 gün arasıdır. Menstruasiya dövrü isə normal şərtlərdə 3-7 gün (5 gün ideal qəbul edilir) davam edir.

Follikulyar faza


Follikulyar faza, menstruasiyanın ilk günüdür və yumurtlamadan bir gün əvvəl bitir. Uzunluğu dəyişə bilər. Lakin məhsuldar bir dövr üçün ən az 11 gün davam etməlidir. Follikulyar faza qısadırsa, ya estrogen çatışmazlığı, ya da progesteron çoxluğu yaşamış ola bilərsiniz. Follikulyar faza uzundursa, yumurtlamanın gecikməsinə səbəb olacaq formada estrogen çoxluğu ola bilər.

Yumurtlama

Yumurtlama mütləq menstruasiyanın dövrünün 14-cü günündə olmalıdır deyə bir qayda yoxdur. 12-17 günlər arasında hər hansı bir gündə də ola bilər və qidalanma şəkliniz, eləcə də stressin təsiri böyükdür.

Luteal faza

Luteal faza yumurtlamadan dərhal sonra - səhəri günü başlayır və menstruasiyanın başlamasından bir gün əvvələ qədər davam edər. 10-14 gün davam etməsi gözlənilir, amma 14 günə yaxın olması ən idealıdır. Bu faza fiziki olaraq 16 gündən daha çox davam etsə, demək, hamiləsiniz, ya yumurtlamırsınız.

Faza 10 gündən daha azdırsa, o zaman bəlkə də Luteal fazanızda zədə yaşayırsınız (ya da dövriliyiniz 24 gündən qısadır). LFD – menstruasiya dövriliyinizin yumurtlamadan sonrakı 2-ci . yarısının hamilə qalmaq və ya hamiləliyi davam etdirmək üçün çox qısa olması deməkdir və aşağı progesteron səviyyəsindən irəli gəlir.

Qanama

Qanama yüngül başlayıb sonradan çoxala, daha sonra orta səviyyədə qanamaya keçə bilər. Ən sonda isə gurluğu çoxala və bitə bilər. Qanamanın gur başlayıb, sonra addım-addım çoxalaraq və bitənə yaxın azalması da normal hesab edilir. Əgər qanamanız gurdursa, tünd rəngli və laxtalıdırsa, bu, yüksək estrogen səviyyəsinə işarədir. Estrogen çoxluğu səbəbindən eyni zamanda döşlərdə bərklik və həssaslıq, gur qanama, ağrılı menstruasiya, civzə, baş ağrıları, miqren və PMS yaşaya bilərsiniz. Stress, qan şəkəri balanssızlıqları, qəbizlik, yuxu problemləri, həddindən artıq çəki və hərəkətsizlik estrogen çoxluğu səbəbindən sayıla bilər.

Qanama qaraya yaxın tünd rənglidirsə, bədənin doğuş həblərindən aldığı sintetik hormonların emalı səbəbindən qaynaqlana bilər. Tünd rəngli qanamalar menstruasiyanın əvvəlində və ya sonunda olursa, böyük ehtimalla uşaqlığınızın mövqeyi ilə əlaqəlidir. Uşaqlığınız önə doğru mövqedədirsə və fleksiyon halındadırsa, demək, uşaqlığınız bundan əvvəlki menstruasiyanızda qanın hamısını boşaltmadığı üçün bir miqdarı hələ içəridə qalıb və onu atmağa çalışır.

Əgər qanamanız çox yüngül və çox açıq rənglidirsə, demək, estrogen səviyyəniz azdır. Bu vəziyyətdə isə vaginal quruluq, aşağı libido, saç tökülməsi və nazilməsi meydana gəlir. Stress, həddindən artıq gərgin idman, siqaret, soya məhsulu ilə çox qidalanmaq buna səbəb ola bilər. Eyni zamanda hərəkətsizlik, düzgün olmayan bədən quruluşu və oturuş da bu vəziyyət təsir edən digər səbəblərdir. Qanın parlaq, canlı rəngdə olması ideal qanama rəngidir. 3-5 gün ərzində davam edir və yuxarıda sayılan simptomların heç biri olmur.

Ancaq çox təəssüf ki, hormonal balanssızlıqlar, iş, ailə stressləri, ekoloji toksinlər, səhv bəslənmə, kimyəvi maddələr, dərmanlar, duruş və oturuş pozuqluqları, hərəkətsiz həyat tərzi və s. kimi şərtlər ginekoloji narahatlıqlara yol açır, menstrual dövrün qayğısız və rahat keçməsinə mane olur, ağrılı və narahat keçirməyə gətirib çıxarır. Bu amilləri dəyişdirmək üçün həyatınızı normal və sağlam keçirmək vacibdir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.