Nə üçün qışda kökəlirik?

Nə üçün qışda kökəlirik?
Qışda bir çox insanları narahat edən əsas məqamlardan biri çəkinin artmasıdır? Nə üçün qışda daha tez kökəlirik?

Qış aylarında günlərin qısalması və qapalı məkanlarda, televizorun qarşısında daha çox vaxt keçirdiyimiz səbəbindən fiziki aktivliyimiz azalır. Ayrıca qış aylarında iştah artmasıda görüldüyü üçün bu da öz növbəsində, aşırı qida qəbuluna səbəb olur və nəticədə artıq çəki problemi meydana gəlir. Qışda görülən depressiv hallar özüdə kilo almağa gətirib çıxaran səbəblərdən biridir. Bu da qışda günəş işığının azalması, günlərin qısalmasıyla bağlıdır ki, qaranlıqda melatonin hormonunun ifrazı artır və bu da öz növbəsində depressiv halların yaranmasına səbəb olur. Və insanlar xoşbəxtliyi qlisemik indeksi yüksək qidalarda tapırlar. Nəticədə yaza artıq çəki ilə girməli olurlar.

Qış aylarında hansı qidalar rasionumuzdan əksik olmamalıdır?

Ümumiyyətlə meyvə və tərəvəzləri mövsümündə istifadə etmək çox önəmlidir. Qış aylarında süfrəmizdə portağal, kök, narıngi, kələm, balqabaq, brokkoli, gül kələmi, kərəviz, qabaq, ispanaq, cəfəri, kimi meyvə tərəvəzlər mütləq olmalıdır. Çünki qış aylarında immun sistemimizi qorumaq üçün, tez-tez xəslənməmək üçün , A və C vitaminnən zəngin, antioksidant dəyəri yüksək olan yaşıl və narıncı rəngli meyvə tərəvəzlərə üstünlük vermək önəmlidir. Həmçinin E vitamininnən zəngin paxlalıların, fındıq ,qoz kimi çərəzlərin rasionda olması vacibdir.

Qış aylarında günəş işığının azalması səbəbi ilə D vitamini əksikliyi görüldüyü üçün , həftədə heç olmasa 2 dəfə balıq yemək lazıdır. Həmçinin yetərli A vitamini, Zn almaq üçün yumurtadan istifadə etmək də önəmlidir. Həmçinin kalsiumdan zəngin süd, ayran, qatıq kimi məhsullar da gündəlik rasionumuzda yer almalıdır.

Qış aylarında hansı içkilərə üstünlük verilməlidir?

Daha bir önəmli məqam qış aylarında su əvəzinə daha çox qəhvə və çaya üstünlük verməyimizdi ki, bu içkilərin yanında yedimiz şirniyyatlar da bir müddət sonra bizə artıq çəki olaraq geri gəlir. Amma, unutmamaq lazımdır ki, qış gəldi deye orqanizmimizin su ehtiyacı azalmır və bədənimiz normal çalışması üçün hər gün ən az 1,5 l suya ehtiyacı vardır. Ayrıca çay və qəhvə aşırı qəbul olduğu zaman bədəndən su atılmasına səbəb olur. Buna görə günlük 4 stəkanın üstünə çıxmamaq lazımdır. Bunun yerinə ayran və ya antioksidant dəyəri yüksək olan nar suyu istifadə etmək olar. (əks göstəriş yoxdursa..)

Qışda hansı qidalardan uzaq durmalıyıq?

Ilk öncə kökəlmək qorxusuyla ac qalmaqdan uzaq durmalıyıq. 1 növ qida istifadəsindən uzaq durmalıyıq. Yağda qızarmış qidalardan uzaq durmalıyıq. Fast-food tipli və rafinə olmuş, qlisemik indeksi yüksək olan qidalardan uzaq durmalıyıq. Spirtli içkilərdən uzaq durmalıyıq

Qışda arıqlama diyeti saxlamaq doğrudurmu?

Az kalorili olmamaq şərti ilə, mütəxəssis nəzarəti altında qışda da arıqlama diyeti saxlamaq mümkündür. Önəmli olan diyetin az kalorili olmaması, 5-6 öyündən ibarət olması, rasiona hər qrupdan (ət, süd,, taxıl, meyvə-tərəvəz, yağ) qidaların salınmasıdır. Orqanizmin su ehtiyacının ödənilməsi və fiziki aktivliyin artırılması önəmlidir. Belə olduğu halda bədən gücdən düşməz, əksinə artıq çəkidən azad olmağa da kömək edər.

Əgər artıq çəki probleminiz varsa mütləq bu problemin səbəbini araşdırın, mütəxəssisə müraciət edərək müayinədən keçin. "Hansı mövsüm olursa olsun arıqlayacam” deyib sağlamlığınızı itirməyin. Unutmayın ki, həyatda heçnə və heçvaxt Sizin sağlamlığınızdan daha vacib ola bilməz

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.