Körpənizi asan yatırmanın yolları

05 Ocak 2017
2 107
0
Körpənizi asan yatırmanın yolları
Yuxuya getməkdə çətinlik çəkən körpələri yatırtmaq üçün sizə mütəxəssislərin tövsiyələrini təqdim edirik:

Göz kantaktı: Yatmadan əvvəl körpənizdən uzaq məsafədə olmalısınız. Uzun və hərəkətli göz kontaktı körpənizi xəbərdar edər. Bu səbəblə də körpənizi yatırdarkən göz kontaktından yayının.

İlıq duş: İlıq su, yumşaq bir süngərlə edilən toxunuşlar kimi rahatlaşdırmaz ki? Yatmazdan əvvəl duş körpənizin tez yatması üçün şərait yaradacaq.

Birlikdə yatmaq: Edilən araşdırmalara görə, valideynləri ilə birlikdə yatan uşaqlarda daha yüksək özünə inam və daha az narahatlığa rast gəlinirmiş. Birlikdə yatmanın etibarlı olması üçün beşik ya da yatağı öz yatağınızın yanına yerləşdirin. Eyni yataqda kiçik körpə ilə yatmaq təhlükəli ola bilər.

Gecə bəslənməsi: Əgər körpəniz gecə acaraq oyanırsa, gecə üçün qıdalar sizə kömək edə bilər. Acaraq oyanmasını gözləmək yerinə körpəniz yuxuya keçmədən onu yedirin.

Toxunun: Körpənizi yatağına yavaşca qoyun. Əllərinizlə qarınına, qollarına və başına yumşaq bir şəkildə toxunun. Bu toxunuş ona yaxınında olduğunuzu hiss etdirərək rahatca yatmasına səbəb olacaq.

Yuxu saatı: Həddindən artıq yorğun bir körpəni yatırtmaq çox çətindir. Müəyyən bir yuxu saatının olması çox əhəmiyyətlidir. Mütəxəssislər 1 yaşın altında körpələr üçün ən ideal saatın 6.30-7 olduğunu söyləyirlər. Erkən yatmaq erkən qaxmağa səbəb olmaz, tam tərsinə zamanında yatmaq yaxşı və uzun bir gecə yuxusuna köməkçi olacaqdır.

Pijama: Rəngli pijamalar çox şirin olsalar da, bəzən sintetik olduqları üçün körpəyə narahatlıq verərlər. Körpə və uşaq pijamalarında mümkün olduğunca pambığı seçin. Körpələrin təhlükəsizliyi üçün üzərlərinə yaxşı oturan pijama geydirməyə diqqət edin.

Qaranlıq otaq: Körpənizin yuxu vaxtı olduğunu anlaması üçün otağın işığını söndürün. Gecə lampasını söndürün, tünd, işığı keçirməyən pərdələri seçin. Günorta ya da gecə yuxusundan oyandığı zaman isə mütləq pərdələri açın və gün işığını içəri salaraq, gecə gündüz fərqini anlamasını təmin edin.

Yuxu əvvəli masaj: Edilən bir araşdırmaya görə körpələr və kiçik uşaqlar yuxu əvvəli 15 dəqiqəlik masaj ilə yuxudan əvvəl yalnız kitab oxunan uşaqlara görə daha sürətli yuxuya gedirlər. Körpə yağının qapağını açın və yumşaq şəkildə masaja başlayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.