Kəpəkdən Qurtulmanın Əsas Yolu

11 Ocak 2017
1 879
0
Kəpəkdən Qurtulmanın Əsas Yolu
Həyatınızın kabusuna çevrilən və hər yerdə utanıb, sıxılmanıza səbəb olan kəpək problemindən heç cür xilas ola bilmirsiniz və İstifadə etdiyiniz kəpək əleyhinə şampunlar da fayda vermirsə,sadəcə yeyib-içdiklərinizə diqqət etməklə bu problemdən xilas ola bilərsiniz.

Kəpək quru saç dərisinin yada "sebore dermatit” adlandırılan dəri probleminin bir nəticəsi ola bilər. Eqzema, sədəf xəstəliyi, Malasseziya kimi göbələk xəstəliyi zamanı da kəpək yarana bilər. Evdə hazırlayacağınız dərmanlarla da kəpəkdən xilas ola bilərsiniz.

Alma sirkəsinin asit nisbəti dərinizin pH səviyyəsini dəyişdirir və kəpək yaranmasını çətinləşdirir. Alma sirkəsi və suyu sprey şüşəsinə doldurub qarışdırın və saçınıza səpin. Saçlarınızı dəsmalla bağlayıb 15-60 dəqiqə saxlayın, sonra saçlarınızı durulayın. Həftədə 2 dəfə təkrarlayın.

Saç dərinizi 2 xörək qaşığı limon suyu ilə masaj edin, sonra durulayın. 1 fincan suyun içinə 1 çay qaşığı limon suyu qarışdırın və saçlarınızı bununla durulayın. Kəpəkləriniz yox olana qədər hər gün təkrarlayın.

Duzu əlinizə alın və quru olan saç dərinizə səpin. Sonra yavaş-yavaş saç dərinizi masaj edin. Quru və kəpəkli dəriniz sağaldıqdan sonra şampunla yuya bilərsiniz.

Sarımsağı əzib saç dərinizi bununla ovxalayın. Sarımsağın qoxusundan xilas olmaq üçün əzilmiş sarımsaqla balı qarışdırıb, saçlarınıza masaj edin, sonra yuyun.

10 damcı zeytun yağı ilə saçlarınıza masaj edib sarıyın və səhərə kimi belə saxlayın. Ertəsi gün saçlarınızı yuyun. Kəpəkdən daha tez xilas olmaq üçün zeytun yağlı şampundan istifadə edin.

Gözəl qoxusu olsan Hindistan qozu yağı kəpəyə qarşı çox təsirlidir. Çimmədən əvvəl 3-5 damcı Hindistan qozu yağı ilə saçlarınıza masaj edin və 1 saat belə saxlayın. Sonra yuyun.

2 ədəd aspirini əzib, toz halına gətirin və hər dəfə istifadə etdiyiniz şampunun tərkibinə qatın. Saçınızı belə 1-2 dəqiqə saxlayın. Sonra yaxşı durulayıb, yenidən şampunla yuyun.

Hər dəfə istifadə etdiyiniz şampunun tərkibinə çay ağacı yağı əlavə edə bilərsiniz.

Saçlarınızı isladın sonra bir ovuc qabartma tozuyla saçlarınızı ovxalayın. Qabartma tozu kəpəyə yol açan göbələyi azaldır. Sonra saçlarınızı şampunla yaxşı yuyun. Əvvəl saçlarınız quruya bilər, ancaq sonrakı həftələrdə saçlarınız təbii yağ ifraz etməyə başlayacaq. Saçlarınız daha yumşaq və kəpəksiz olacaq.

Kəskin kəpək probleminiz varsa, əvvəlcə saçınızı şampunlayıb sonra ağız təmizləmə suyuyla saçlarınızı durulayın. Sonra saç kremindən istifadə edin.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.