Qadın Gözəlliyinin Düşməni

16 Ocak 2017
1 638
0
Qadın Gözəlliyinin Düşməni
Qadınları narahat edən estetik problemlərdən biri də dodaq ətrafında mötərizə şəklində yaranmış qırışlardır.

Türkiyəli cərrah Bülent Cihantimur qeyd edir ki, “Dodaqətrafı qırışlar ən çox 35 yaşdan sonra meydana gəlir. Siqaret çəkənlərdə bu problem özünü daha erkən yaşlarda göstərməyə başlayır. Çünki siqaret çəkəndə dodaqlar büzüşür, onun tərkibindəki zəhərli maddələr toxumaları zədələyir, dodaqda kollagen istehsalı zəifləyir, elastiklik azalır və nəticədə dərin qırışlar düşür”. Siqareti tərgidin və dodaqları nəmləndirin Estetik cərrah bildirib ki, siqaret qadın gözəlliyinin ən böyük düşmənidir. Dodaq ətrafında yaranmış qırışları aradan qaldırmağın bir çox yolu var. Qırışlardan uzun müddətlik xilas olmaq istəyənlər ən çox botoks etdirir.

Bundan başqa, dodaq ətrafına gialuron turşusu yeridilir. Gialuron dərini yaxşı nəmləndirən və hüceyrələrin uzun müddət nəmli qalmasına kömək edən maddədir.
Bu maddə dəri altına yeridildikdə öz faydalı xüsusiyyətlərini maksimum dərəcədə dəriyə ötürürlər. Bu maddə hüceyrələrin regenerasiyasını stimullaşdırır, qırışları hamarlamağa və azaltmağa, üz ovalının tonusunu artırmağa, qocalma prosesini ləngitməyə kömək edir. Onun tərkibində olan təbii yağlar və cövhərlər dərini lazımi mikroelementlərlə qidalandırıb doydurur. Xəstənin öz yağından hazırlanan kök hüceyrə transferi isə son illərdə kəşf olunmuş ən sağlam üsuldur. Estetik cərrah xanımlara küçəyə çıxmazdan əvvəl dodaq ətrafına mütləq nəmləndirici krem, dodaqlara isə balzam çəkməyi tövsiyə edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.