Quru Saçlar üçün Təbii Maska

Quru Saçlar üçün Təbii Maska
Saçlarınız quru, zəif və mat görünürsə; uclarında qırıqlar varsa; davamlı elektriklənirsə, tətbiq edəcəyiniz bu ev istehsalı olan maskalar yeni saçlara qovuşmanızı təmin edəcək.

Çay duşu

Çay duşu, saç rəngini ortaya çıxarar və saça parlaqlıq verər. Şampunu duruladıqdan sonra şəkərsiz, təzə dəmlənmiş çay ilə saçlarınızı yuyun. Saçlarınız tünd rənglidirsə qara çay, sarışınsınızsa çobanyastığı çayı istifadə etməlisiniz.

Avokado maskası


Avokado, tərkibindəki mineral, vitamin və yağ turşularıyla saçlarınızı yeniləyər. 1 ədəd yetkin avokadonu əzib 1 yumurtayla qarışdıraraq hamar bir maska əldə edin. Bu maskanı yaş saça tətbiq edib 20 dəqiqə gözlətdikdən sonra yaxşıca yuyun. Kövrək saçlara sahibsinizsə, bu üsulu həftədə bir dəfə, güclü saçlara sahibsinizsə, ayda bir dəfə tətbiq edin.

Saçlara həcm verən alma sirkəsi

Zərər görmüş, incə telli saçlara sahibsinizsə, saçlarınıza lazım olan həcmi qazandırmaq üçün 3 yumurta ağı, 2 qaşıq zeytun yağı və 1 çay qaşığı alma sirkəsini qarışdırıb tətbiq edin. Yarım saat gözlədikdən sonra şampunla yaxşıca yuyun.

Zülal dəstəyi

Saç tellərinizi yeniləmək, gücləndirmək, qırıqların qarşısını almaq üçün zülala ehtiyac var. Bir yumurta ilə bir miqdar şampunu qarışdırıb saçlarınıza tətbiq etdikdən sonra 5 dəqiqə saxlayın və yaxşıca durulayın.

İlıq yağ müalicəsi

Yarım stəkan zeytun yağını isidin, ancaq qaynamağa imkan verməyin. İlıq yağla saçınıza masaj etdikdən sonra başınıza duş papağı taxın. Üstəlik, isti qalması üçün dəsmalla bükün. 45 dəqiqə saxladıqdan sonra şampunla yuyun.

Hindqozu yağı

Zərər görmüş saçlar üçün möhtəşəmdir. Saçınızı islatdıqdan sonra bütün saça hindqozu yağı çəkin. Duş papağı taxın və dəsmalla sarıyın. Bir müddət belə saxlayın. Sonra şampunla yuyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.