Hər qadının örtücü ilə bağlı bilməli olduğu hiylələr

19 Nisan 2021
3 008
0
Hər qadının örtücü ilə bağlı bilməli olduğu hiylələr
Örtücülər biz qadınlar üçün əvəzolunmaz makiyaj vasitəsidir. Bir örtücü vasitəsilə demək olar ki, bütün qüsurlarımızın öhdəsindən gəlirik. Bunun üçün sadəcə yaxşı bir örtücü və bir neçə hiylə bəs edir! O hiylələri siz feat.az xanımları ilə də paylaşırıq.

Bəzi xanımlar bu xaliqələr yaradan məhsulu istifadə etməyə vərdiş etməyib, bəziləri isə düzgün istifadə etməkdə çətinlik çəkirlər. Amma yaxşı seçilmiş örtücünü istifadə etmək çox rahatdır.

Belə ki, əgər tonal krem istifadə edirsinizsə əvvəlcə tonal kremi sonra örtücünü istifadə edin. Nəticədə makiyajınız qüsursuz görünəcək və siz də örtücünüzə qənaət etmiş olacaqsınız.

Hər qadının örtücü ilə bağlı bilməli olduğu hiylələr

Örtücünün daha yaxşı təsir bağışladığı hissə göz altındakı torbaları və qara halqaları yox etməsidir. Tətbiq edərkən gözünüzün altından yanağa doğru bir üzbucaq çəkin, örtücünü bu hissəyə sürtün.



Göz kremi, haylayter və örtücünü qarışdıraraq şişmiş gözlərinizi gizlədə bilərsiniz. Əlinizin üzərində olan ləkələri də bu qarışımla həll edə bilərsiniz.



Dodaqlarınızın daha dolğun görünməyini istəyirsinizsə parlaq bir örtücünü dodaqlarınızın orta hissəsinə çəkin. Daha sonra barmaq yardımı ilə kənarlara yayılmayacaq şəkildə örtücünü yayın. Sonda isə parlaq bir dodaq boyasını çəkin.



Dekolteli geyim geyinmək istəyirsiniz amma sinə hissənizdə sızanaqlar, ləkələr bu istəyinizi alt-üst edirsə yenə də örtücü köməyinizə gələ bilər. Belə ki, bu hissədəki problemləri yox etmək üçün dəri çalarınıza uyğun örtücünü problemli hissələrə çəkin, mat kirşanı isə üzərindən çəkin. Qüsursuz sinə və dekolteniz hazırdır!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.