Nəm və Dolğun Dodaqlar!

04 Mart 2017
1 804
0
Nəm və Dolğun Dodaqlar!

Dodaqlarımız gün içində çox soyuq, isti, külək vs. kimi səbəblərlə quruyar və çatlayar. Üzərində ölü bir dəri təbəqəsi meydana gələr. O gözəl dodaqların üstü qabıq qabıq olar.


Yaz-qış dodaq baxımı şərtdir! Bir kişini əldə etmənin yolu cazibədar dodaqlardan keçər. Bunu unutmayın! Cazibədar dodaqlar sizi hər zaman bir addım önə daşıyar. Təzə və sulu görünən dodaqlar üçün nizamlı olaraq baxım şərtdir!



Dodaqlarınızı fırçalayın!

Hər səhər oyanar oyanmaz dişlərinizi fırçaladıqdan sonra, yumşaq bir fırça köməyi ilə və ya diş fırçasıyla dodaqlarınızı fırçalayın. Bu üsul, ölü dərinin atılmasına və dodaqlarınızdakı qan axışının sürətlənməsini təmin edəcək.

Dodağınıza uyğun nəmləndirici istifadə edin

Gün içərisində və gecə yatmadan əvvəl dodaq qoruyucusu çəkməyə laqeyd yanaşmayın. Bunu tətbiq etsəniz, gün boyu yumşaq dodaqlara sahib olacaqsınız.

Yumşaq və hamar Dodaqlar Üçün Maska:

1 kiçik pomidor
1 yemək qaşığı qatıq
1 çay qaşığı bal
Pomidoru blenderlə əzərək suyunu çıxardırıq. Üzərinə bal və qatığı əlavə edib qarışdırırıq. Daha sonra bu qarışığı dodaqlarımızın üzərinə yayaraq çəkirik. 10-15 dəqiqə qədər gözlətdikdən sonra yuyuruq. Bu qarışığı tətbiq etməklə dodaqlarınızın təzələndiyini və canlandığını görəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.